logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşə qəbul olunarkən iş yerinə hansı sənədlər təqdim edilməlidir?

  • Bloq
  • 03-avq-2022, 12:10
  • 175


İşə qəbul zamanı iş yerinə təqdim edilən sənədlərin bəziləri qanunvericilik üzrə məcburi xarakter daşısa da, bəziləri işəgötürənin və işçinin maraqlarına uyğun tələb olunur. Mövzunu Vəkillər Kollegiyasının üzvü Əmiraslan Yusifov şərh edir.

Əmək Məcəlləsinin 48-ci maddəsinin 1-ci bəndinə əsasən, işə qəbul olunarkən mütləq təqdim edilməli olan sənədlər - işçinin şəxsiyyətini təsdiq edən sənəd və əmək kitabçasıdır (ilk dəfə işə qəbul olunanlar istisna olmaqla). Bir müddət əvvəl dövlət sosial sığorta şəhadətnaməsinin təqdim olunması da məcburi xarakter daşıyırdı, artıq bu tələb ləğv edilib.

Əmək Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, görüləcək işin xüsusiyyətləri nəzərə alınaraq, peşə hazırlığı və təhsilin olması zəruri hesab edilərsə, bu zaman müvafiq təhsil sənədi, həmçinin işçinin səhhətinə mənfi təsir göstərən amillər varsa, tibbi arayış da tələb edilə bilər. Bu maddənin son bəndində vurğulanır ki, Əmək Məcəlləsində nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.

Bundan əlavə, işçinin fərdi şəkildə qanuvericiliklə müəyyənləşdirilmiş güzəşt və imtiyazlardan istifadə edə bilməsi üçün aşağıda göstərilən sənədlər də tələb olunur:

Əlillik vəsiqəsi


Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər attestasiya olunmurlar (Əmək Məcəlləsi, 66-cı maddə);
əlilliyə görə pensiyaya çıxdığı zaman ərizəsində göstərdiyi gün işdən çıxa bilir (Əmək Məcəlləsi, 69.3-cü maddə);
ixtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərin işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə);
I dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağandır (Əmək Məcəlləsi, 79.1-ci maddə);
I və II dərəcə əlilliyi olan işçilər 36 saatdan artıq olmayan qısaldılmış iş vaxtı ilə işləyirlər (Əmək Məcəlləsi, 91.2-ci maddə);
əlilliyin dərəcəsindən, səbəbindən və müddətindən asılı olmayaraq əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir (Əmək Məcəlləsi, 119-cu maddə);
iş yerindəki ilk ilində 6 ayı gözləmədən əmək məzuniyyətindən istifadə etmək hüququ verilir (Əmək Məcəlləsi, 131.4-cü maddə, “e” bəndi).


Şəhid ailəsi üzvü vəsiqəsi

İxtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə).


Hərbi bilet və ya müharibədə iştirakı sübut edən digər sənəd

Müharibə iştirakçılarına ixtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə);
Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, “İstiqlal” ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir (Əmək Məcəlləsi, 120-ci maddə).


Uşaqların doğum haqqında şəhadətnaməsi

Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir (Əmək Məcəlləsi, 117-ci maddə);
İxtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə);
on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələrilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən edilir (Əmək Məcəlləsi, 94.3-cü maddə).


Məcburi köçkün vəsiqəsi

bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər attestasiya olunmur (Əmək Məcəlləsi, 66-cı maddə);
ixtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə);
əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında 100% müavinət verilir (Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı, 62-ci bənd).


Qaçqınlıq vəsiqəsi

bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər attestasiya olunmurlar (Əmək Məcəlləsinin 66-cı maddəsi);
ixtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə).


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Dividend anlayışı və vergidən azadolma halları
    Dividend anlayışı və vergidən azadolma halları
    11-iyl-2025 | Bloq
  • Əmək münasibətlərində hamilə qadınların üstün hüquqları
    Əmək münasibətlərində hamilə qadınların üstün hüquqları
    11-iyl-2025 | Bloq
  • İxtisar hallarında əmək müqaviləsinin ləğvi və vergi məsələləri üzrə məlumatlandırma
    İxtisar hallarında əmək müqaviləsinin ləğvi və vergi məsələləri üzrə məlumatlandırma
    10-iyl-2025 | Bloq
  • Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?
    Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?
    10-iyl-2025 | Bloq
  • İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    09-iyl-2025 | Bloq
  • Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    09-iyl-2025 | Bloq
  • ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    08-iyl-2025 | Bloq
  • Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    08-iyl-2025 | Bloq
  • Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    07-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]