VERGİ ÖDƏYİCİLƏRİNİN NƏZƏRİNƏ!!!
15.08.2022-ci il tarixi aşağıdakı vergilərin və sığorta haqlarının ödənilməsinin SON GÜNÜDÜR:
🔹 Cari ilin 3-cü rübü üzrə hesablanmış Əmlak vergisinin cari ödəmələri
🔹 Torpaq vergisi (cari il üzrə hesablanmış illik torpaq vergisinin yarısı)
🔹 Məcburi dövlət sosial sığorta haqqı
🔹 İşsizlikdən sığorta haqqı
🔹 İcbari tibbi sığorta haqqı
22.08.2022-ci il tarixi aşağıdakı vergilərin ödənilməsinin SON GÜNÜDÜR:
🔹 Gəlir vergisi (Xüsusi notariuslar üzrə)
🔹 Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə)
🔹 Əlavə dəyər vergisi
🔹 Aksizlər
🔹 Yol vergisi
🔹 Mədən vergisi
🔹 Sadələşdirilmiş vergi (fərdi sahibkarlar daşınmaz əmlakın təqdim edilməsi üzrə)
🔹 Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə)
🔹 Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi
🔹 Sığorta müqaviləsi vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi