logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşçilərin nahar fasiləsi fərqli vaxtlarda və fərqli müddətlərdə ola bilərmi?

  • Bloq
  • 12-avq-2022, 17:10
  • 115
İşçilərin nahar fasiləsi fərqli vaxtlarda və fərqli müddətlərdə ola bilərmi?


“Nahar fasiləsi” deyəndə, adətən, saat 13-14 arası yada düşür. Bəs işçilərə fərqli vaxlarda və fərqli müddətlərdə nahar fasiləsi müəyyənləşdirilə bilərmi? Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Suala aydınlıq gətirmək üçün Əmək Məcəlləsinə müraciət etməliyik.

Məcəllənin 103-cü maddəsinin müddəalarına əsasən, iş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir. Fasilənin vaxtı və müddəti isə müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri, əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və müddətini müəyyən etmək mümkün olmadıqda işəgötürən işçiyə nahar etməyə müvafiq şərait yaratmalıdır.

Əmək Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən, işçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəli iş rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir. Maddənin 5-ci bəndində isə göstərilib ki, istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər.

İşçilərə nahar fasiləsinin nə vaxt təyin edilməsi sualına gəlikdə, Əmək Məcəlləsinin nəzərdən keçirdiyimiz müddəalarına əsasən deyə bilərik ki, nahar fasiləsinin vaxtını, həmçinin müddətini müəyyənləşdirmək üçün işəgötürənin müəssisədə daxili intizam qaydalarını təsdiq etməsi, həmin qaydalarda iş vaxtı rejimlərini və nahar fasilələrini müəyyənləşdirməsi məqsəduyğun olardı. İşəgötürən işçini işə qəbul edərkən əmək müqaviləsində onun tutduğu konkret vəzifəyə, iş şəraitinə və intizam qaydalarına əsasən nahar fasiləsinin vaxtını və müddətini qeyd etməlidir.

Bəs eyni müəssisədə bir işçiyə 1 saat, digər işçiyə 2 saat nahar fasiləsi vermək olarmı?

Adətən, nahar fasiləsi praktiki olaraq hər yerdə 1 saat təyin edilir. Nahar fasiləsinin bu müddətdən az tətbiqi qəbuledilməzdir. Nahar fasiləsinin 2 saat təyin edilməsinə isə Əmək Məcəlləsində qadağa qoyulmayıb.

Əmək Məcəlləsinin tələblərindən göründüyü kimi, bu, işçi ilə işəgötürən arasında əmək müqaviləsinin şərtləri ilə tənzimlənir. Yəni əmək müqaviləsində nahar fasiləsinin müddətinin 2 saat təyin olunması qanunazidd deyil.

Misal 1: “AA” MMC həm ticarət fəaliyyəti, həm də istehsalatın ağır fəaliyyət sahələrinə aid edilən metal emalı ilə məşğuldur. “AA” MMC ticarətdə çalışan işçilərinə 1 saat, metal emalında çalışan işçilərinə isə 2 saat nahar fasiləsi tədbiq edə bilər. Bu, yuxarıda qeyd etdiyimiz kimi, müəssisənin daxili intizam qaydalarında və işçilərlə bağlanmış əmək müqaviləsində öz əksini tapmalıdır.

Bəs bir işçiyə saat 13:00-dan 14:00-dək, digər işçiyə isə 14:00-dan 15:00-dək nahar fasiləsi vermək olarmı? Bu kimi hallar üçün də qanunvercilikdə konkret norma və ya qadağa qoyulmayıb.

Misal 2: Tutaq ki, “BB” MMC əhaliyə xidmət göstərir. Burada fəaliyyətin fasiləsizliyinin təmin edilməsi və dayanmaların baş veməməsi üçün nahar fasilələri növbəli formada təyin edilir. Yəni, müvafiq növbə cədvəlinə uyğun olaraq bir işçi bir həftə 13:00-dan 14:00-dək, növbəti həftəd isə 14:00-dan 15:00-dək nahar fasiləsinə çıxa bilər.

Bütün bunlar daxili intizam qaydalarında, növbə cədvəllərində və əmək müqavilələrində öz əksini tapmalıdır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech