logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Peşəkar Mühasib Sertifikatı növləri

  • Bloq
  • 01-sen-2022, 11:22
  • 271
Peşəkar Mühasib Sertifikatı növləri
Hansı növ PMS - Peşəkar Mühasib Sertifikatı almalıyam?
Müasir dövrdə çox tələb olunan və geniş işçi kütləsinə sahib olan mühasibatlıq yeni tələbləri ilə rəqabətin artdığı sahələrdəndir. Ölkəmizdə isə bu yeni tələblərdən biri qanunvericiliklə yuxarı vəzifəli mühasiblər üçün nəzərdə tutulmuş Peşəkar Mühasib Sertifikatıdır (PMS).



Bəs PMS nədir?
PMS (Peşəkar Mühasib Sertifikatı) - yuxarı vəzifəli mühasiblərin mühasibat uçotu və qanunvericilik üzrə biliklərinin yoxlanması üçün AR Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli qərarına əsasən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən sertifikasiya prosesi nəticəsində əldə olunur.



Peşəkar Mühasib Sertifikatının növləri hansılardır?
➤ Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı;

➤ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı;

➤ İctimai Sektor (Büdcə Təşkilatları) üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və II səviyyə peşəkar mühasib sertifikatı.



Sertifikatı əldə etməyən Mühasibləri hansı neqativ hallar gözləyir?
➤ Hesabatları qəbul edilməyəcək;
➤ İnzibati Xətalar məcəlləsinə əsasən müəyyən sanksiyalar nəzərdə tutulacaq;
➤ İşini itirmə məsələsi aktuallaşacaq.


Kimlər hansı növ sertifikat əldə etməlidir?
Bildiyimiz kimi, hər bir sertifikat növü müvafiq müəssisələrdə baş mühasib kimi fəaliyyət göstərə biləcəyinizi əks etdirir. Bu barədə detallı məlumat aşağıdakı cədvəldə qeyd edilmişdir. Nəzər yetirərək sizə hansı növün PMS-in daha gərəkli olduğunu müəyyənləşdirin.

Cədvəldə sertifikat növlərinin qısaltmalarından istifadə olunmuşdur.

➤ KOS MHBS - Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı.

➤ MHBS - Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı.

➤ İS MUBS - İctimai Sektor (Büdcə Təşkilatları) üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və II səviyyə peşəkar mühasib sertifikatı.

PMS növü:

Əldə edən şəxs hansı sektorda baş mühasib vəzifəsi tuta bilər:

KOS MHBS
Mikro və kiçik sahibkarlıq subyektində

İri və orta sahibkarlıq subyektlərində

Nizamnaməsində sahibkarlıq fəaliyyəti nəzərdə tutulan dövlət və bələdiyyə tərəfindən yaradılan:

- Tibb müəssisəsi;

- Uşaq evləri sosial xidmət müəssisəsi;

- Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi;

- Məktəbəqədər təhsil müəssisəsi;

- Ümumtəhsil məktəbi, peşə təhsili müəssisəsi;

- Orta ixtisas təhsili müəssisəsi;

- Ali təhsil müəssisəsi;

- Xüsusi təhsil müəssisəsi;

- Ailə tipli kiçik qrup evi katoqoriyasında olan publik hüquqi şəxslər.

MHBS
KOS MHBS Peşəkar MÜhasib Sertifikatının əhatə etdiyi subyektlər də daxil olmaqla:

- İctimai əhəmiyyətli qurumlarda;

- Digər publik hüquqi şəxslərdə.

İS MUBS 1-ci səviyyə Yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında baş mühasib vəzifəsini tuta bilərlər.
İS MUBS 2-ci səviyyə
İS MUBS 1-ci səviyyə Peşəkar Mühasib Sertifikatının əhatə etdiyi subyektlər də daxil olmaqla:

- Mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında.



Nizamnaməsində sahibkarlıq fəaliyyəti nəzərdə tutulmayan;

- Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi;

- Uşaq evləri sosial xidmət müəssisəsi;

- Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi;

- Məktəbəqədər təhsil müəssisəsi;

- Ümumtəhsil məktəbi;

- Peşə təhsili müəssisəsi;

- Orta ixtisas təhsili müəssisəsi;

- Ali təhsil müəssisəsi;

- Xüsusi təhsil müəssisəsi;

- Ailə tipli kiçik qrup evi katoqoriyasında olan publik hüquqi şəxslər.



Qeyd: Əgər işlədiyiniz müəssisənin hansı sektora aid olduğunu bilmirsiniz və bu da sizdə hansı növ PMS əldə etməsi ilə bağlı fikir ayrılığı yaradırsa, ən ideal yol baş mühasibinizdən bunu soruşaraq dəqiqləşdirməkdir.



Sertifikat imtahanına necə hazırlaşaq?
İyul ayının əvvəli başlayacaq və peşəkar təlimçi komandamız tərəfindən keçiriləcək təlimlərimizə qoşularaq. Təlimlərimiz barədə daha ətraflı məlumatı isə buraya daxil olub sizə uyğun PMS imtahanı hazırlığı təlimini seçərək əldə edə bilərsiniz!

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    11-sen-2025 | Bloq
  • Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    11-sen-2025 | Bloq
  • Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    10-sen-2025 | Bloq
  • Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    10-sen-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    09-sen-2025 | Bloq
  • Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR
    Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR
    09-sen-2025 | Bloq
  • Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    08-sen-2025 | Bloq
  • Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydaları
    Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydaları
    08-sen-2025 | Bloq
  • Satışdankənar gəlirlərin vergiyə cəlb edilməsi qaydaları
    Satışdankənar gəlirlərin vergiyə cəlb edilməsi qaydaları
    05-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]