logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi ödəyicisi tərəfindən faktiki çəkilmiş xərclər hansı hallarda gəlirdən çıxılan xərclərə aid edilir?

  • Bloq
  • 05-sen-2022, 15:34
  • 74
Vergi ödəyicisi tərəfindən faktiki çəkilmiş xərclər hansı hallarda gəlirdən çıxılan xərclərə aid edilir?

Vergi Məcəlləsinin 16-cı maddəsinin müddəalarına əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, habelə qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Eyni zamanda vergi ödəyicisinin çəkdiyi xərcləri mühasibat uçotu haqqında qanunvericiliyə və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq sənədləşdirilməli və iqtisadi cəhətdən əsaslandırılmalıdır.
Vergi ödəyicisi tərəfindən faktiki olaraq çəkilmiş xərclər isə bazar qiyməti nəzərə alınmaqla gəlirdən çıxılan xərclərə aid edilir.

Belə ki, Vergi Məcəlləsinin 14.6.5-ci maddəsidə əsasən, alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi və malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmadığı hallarda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır.

Əlavə olaraq bildirirk ki, alışı Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada sənədləşdirilmədən alınmış malların alışına çəkilmiş xərclərin 10 faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 16-ci, 58-ci və 108-ci maddələri.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Sabit qəbzin onlayn qaydada alınması mümkündürmü?
    Sabit qəbzin onlayn qaydada alınması mümkündürmü?
    14-noy-2025 | Bloq
  • Artıq və ya səhv tutulmuş dövlət rüsumunun qaytarılması müddəti azaldıldı
    Artıq və ya səhv tutulmuş dövlət rüsumunun qaytarılması müddəti azaldıldı
    14-noy-2025 | Bloq
  • Vergi  mütəxəssislərimiz tərəfindən əsassız hesablanmış Mənfəət vergisi azaldıldı
    Vergi mütəxəssislərimiz tərəfindən əsassız hesablanmış Mənfəət vergisi azaldıldı
    13-noy-2025 | Bloq
  • Qeyri-rezident xidmətlərinə görə ƏDV kim ödəyir?
    Qeyri-rezident xidmətlərinə görə ƏDV kim ödəyir?
    13-noy-2025 | Bloq
  • İddia müddəti bitdikdən sonra debitor borclara ƏDV hesablanırmı?
    İddia müddəti bitdikdən sonra debitor borclara ƏDV hesablanırmı?
    13-noy-2025 | Bloq
  • Deputatdan gəlir vergisi ilə bağlı təklif
    Deputatdan gəlir vergisi ilə bağlı təklif
    12-noy-2025 | Bloq
  • Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    12-noy-2025 | Bloq
  • Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    07-noy-2025 | Bloq
  • Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    07-noy-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech