logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmək haqqı artımı və ya azalmasının əsasnaməyə təsiri yeni dəyişiklikdə necə nəzərə alınacaq?

  • Bloq
  • 09-sen-2022, 14:37
  • 111
Əmək haqqı artımı və ya azalmasının əsasnaməyə təsiri yeni dəyişiklikdə necə nəzərə alınacaq?

Dəyişikliyə qədər Əsasnamənin 39-cu maddəsində qeyd edilirdi ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə və doğuma görə məzuniyyət dövründə işçinin vəzifə maaşı, tarif dərəcəsi dəyişdirilmişdirsə (yüksəldilmişdirsə), onda əvvəl təyin edilmiş müavinətin məbləği vəzifə maaşının, tarif dərəcəsinin yeni (yüksəldilmiş) miqdarını nəzərə almaqla yenidən haqq-hesab edilməlidir.

Baş nazir Əli Əsədovun 19 avqust 2022-ci il tarixli, 320 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə dəyişikliklər edilib.

Qeyd edək ki, haqqında bəhs olunan Əsasnamə işçilərin əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı istinad olunan ən mühüm normativ hüquqi sənəd hesab edilir. Əsasnamədəki yeni dəyişikliklərlə bağlı vacib məqamları diqqətinizə çatdırmaq istəyirik.

Dəyişikliyə qədər Əsasnamənin 39-cu maddəsində qeyd edilirdi ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə və doğuma görə məzuniyyət dövründə işçinin vəzifə maaşı, tarif dərəcəsi dəyişdirilmişdirsə (yüksəldilmişdirsə), onda əvvəl təyin edilmiş müavinətin məbləği vəzifə maaşının, tarif dərəcəsinin yeni (yüksəldilmiş) miqdarını nəzərə almaqla yenidən haqq-hesab edilməlidir.

Əgər uşağa qulluq edilməsinə görə məzuniyyət zamanı (o cümlədən əmək haqqı saxlanılmadan məzuniyyət zamanı) qadın hamiləliyə və doğuma görə məzuniyyətə çıxarsa, onda bu halda da müavinət vəzifə maaşlarının, tarif dərəcəsinin yeni (yüksəldilmiş) miqdarlarını nəzərə almaqla yenidən haqq-hesab edilməlidir.

Misal. İşçi 1 fevral 2021-ci il tarixdə əmək qabiliyyətini 16 günlük itirib. 22 fevral 2021-ci il tarixdə işəgötürən qərar verir ki, işçilərin əmək haqqı 20 faiz artırılsın və bu qərar 1 yanvar 2021-ci il tarixdən tətbiq olunsun. Amma işəgötürən müavinəti hesablayarkən əmək haqqını aşağı dərəcələrlə nəzərə alıb. Əsasnamənin 39-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, işçinin vəzifə maaşı, tarif dərəcəsi dəyişdirilmişdirsə (yüksəldilmişdirsə), onda əvvəl təyin edilmiş müavinətin məbləği vəzifə maaşının, tarif dərəcəsinin yeni (yüksəldilmiş) miqdarını nəzərə almaqla yenidən haqq-hesab edilməlidir.

Qeyd edək ki, əmək haqqı artımının əks halı da Əsasnamədə qeyd edilib.

Əsasnamənin 40-cı bəndinə əsasən, Əmək qabiliyyətini itirmə, həmin şəxs əmək intizamını pozduğuna görə cəzalandırılıb aşağı maaşlı işə keçirilməsi barəsindəki əmrdən (sərəncam, qərar) sonra, lakin işə başlamalı olduğu gündən qabaq baş vermişsə, onda bu işdə olmalı günlər üçün müavinət həmin işin tarif dərəcəsindən (vəzifə maaşı) hesablanır.

Misal. “A” MMC rəhbərliyi qərar verir ki, işçi əmək intizamını pozduğu üçün aşağı maaşlı başqa işə keçirilsin. Bu hala əsasnamənin 40-ci maddəsində aydınlıq gətirilir. Həmin maddəyə əsasən, əmək qabiliyyətini itirmə, həmin şəxs əmək intizamını pozduğuna görə cəzalandırılıb aşağı maaşlı işə keçirilməsi barəsindəki əmrdən (sərəncam, qərar) sonra, lakin işə başlamalı olduğu gündən qabaq baş vermişsə, onda bu, işdə olmalı günlər üçün müavinət həmin işin tarif dərəcəsindən (vəzifə maaşı) hesablanır.

Məlumat üçün bildirək ki, yuxarıda qeyd etdiyimiz iki halın təcrübədə tətbiq olunmasına demək olar ki, rast gəlinmirdi.

Əsasnaməyə edilən dəyişikliyə əsasən, həm 39-cu həm də 40-cı bəndlər Əsasnamədən çıxarılıb. Beləliklə, əmək haqqının artması və ya azalması hallları müavinətin yenidən hesablanmasına əsas verməyəcək.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech