logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi nəzarəti müasir çağırışlara uyğun həyata keçirilir

  • Bloq
  • 27-sen-2022, 12:37
  • 69
Vergi nəzarəti müasir çağırışlara uyğun həyata keçirilir

Maliyyə intizamının təmin edilməsi ilə bağlı ən mühüm elementlərindən hesab olunan vergi nəzarətinin əsas məqsədinin ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək olduğundan, bu sahənin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə vergi orqanlarının əsas vəzifələrindən biri bütün kateqoriyalardan olan vergi ödəyicilərinə fərdi yanaşmalar formalaşdırmaqdan ibarətdir və bunun üçün müxtəlif tədbirlər həyata keçirilir. Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı inam mühitinin yaradılması, vergilərin könüllü ödənilməsinə keçidin təmin edilməsi üçün bütün qüvvələr səfərbər olunub.

İnnovativ həllərin tətbiqi

Vergi nəzarətinin təmin edilməsində geniş analitik təhlilə və risklərin qiymətləndirilməsi sisteminə əsaslanan siyasətin yürüdülməsi, elektron auditin tətbiqinə üstünlük verilməsi, “kölgə iqtisadiyyatı”nın elemetlərinin aradan qaldırılması, dürüst və şəffaf vergi uçotunun formalaşdırılmasının təmin olunması, sahibkarlıq subyektlərinin öz dövriyyələrini leqallaşdırmağa təşviq edilməsi, xidmət sektorunun genişləndirilməsi və maarifləndirmənin aparılması diqqətdə saxlanılır. Bu baxımdan, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) vergi ödəyiciləri ilə münasibətdə insan faktorunun rolunu minimuma endirmək məqsədilə vergi nəzarəti proseslərinin avtomatlaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.

Ölkəmizdə vergi nəzarətinin təkmilləşdirilməsi işlərinin davamı olaraq elektron audit sistemi tətbiq edilir. Elektron audit vergi ödəyicisinin elektron formatda saxlanılan maliyyə (mühasibat) məlumatlarına xüsusi proqram təminatı vasitəsilə birbaşa və ya məsafədən çıxış imkanı yaradılmaqla aparılan vergi yoxlamasıdır. Elektron auditin istifadə olunması bir neçə meyardan asılıdır. Burada vergi ödəyicisinin müvafiq sistemlərinin prosesə hazır vəziyyətə gətirilməsi, lazım olan məlumatların burada əks etdirilməsi və bu sistemlərə inteqrasiya olunması öndə gəlir. Rəqəmsal vergi nəzarətinin təmin edilməsi istiqamətində yeni nəsil nəzarət-kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradır.

Vergi nəzarətinin təkmilləşdirilməsi istiqamətində vergi ödəyicilərinin fəaliyyətinin risk modulları üzərindən təhlil olunması, vergidən yayınma hallarının müasir texnologiyalara əsaslanaraq aşkar edilməsi, vergi nəzarəti metodlarının təhlil olunmuş məlumatlar əsasında seçilməsi ilə auditin real funksiyalarının bərpası istiqamətində işlər gücləndirilib. Artıq riskli vergi ödəyiciləri ilə bağlı məlumatların əldə olunması imkanı daha da asanlaşıb. Belə ki, əvvəllər vergi ödəyicisi digər ödəyicinin riskli vergi ödəyiciləri siyahısında olub-olmadığı barədə məlumat əldə etmək üçün istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən “ASAN imza”) vasitəsilə İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olaraq "Riskli vergi ödəyicilərinin axtarışı" xidmətindən istifadə etməli idisə, artıq bu məlumatı www.e-taxes.gov.az saytının “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsindən (https://www.e-taxes.gov.az/ebyn/risk/ linkinə keçid alaraq) açıq formada əldə etmək mümkündür. Qeyd edək ki, yenilik riskli vergi ödəyicilərinin əməliyyatlarının sayının azaldılmasına xidmət edir və riskli ödəyicilərlə bağlı məlumatların əldə edilməsi kommersiya (vergi) sirri hesab olunmur. Çünki hər hansı vergi ödəyicisinin belə ödəyicilərlə əməliyyatlar aparması onun özü üçün də risklərin yaranması deməkdir. Bu isə həm səyyar vergi yoxlamalarının, həm də digər vergi nəzarəti tədbirlərinin keçirilməsinə əsas ola bilər.

Vergi orqanları tərəfindən nəzarət tədbirlərinin həyata keçirilməsində beynəlxalq modullardan və qabaqcıl təcrübələrdən yararlanmağa üstünlük verilir. Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsi çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində öz səlahiyyətləri çərçivəsində müvafiq monitorinqləri və digər aidiyyəti tədbirləri həyata keçirir. Bu sahədə Maliyyə Monitorinqi Xidməti ilə sıx əməkdaşlıq mövcuddur. Güzəştli vergi tutulan ölkələr və ərazilər üzrə DVX tərəfindən mütəmadi qaydada müvafiq təhlillər aparılır və həmin ölkələrin və ərazilərin siyahı üzrə yenilənməsi ilə təkliflər verilir. Ölkəmizdə vergi ödəyiciləri tərəfindən könüllü qaydada açıqlanan və nəzarət edilən əməliyyatların məbləği il ərzində 2 milyard manatdan çox olur. Buna görə də hər il transfer qiymətləndirmə ilə bağlı vergi nəzarəti tədbirlərinin aparılması üçün müvafiq risk meyarları əsasında yüksək, orta və aşağı riskli vergi ödəyiciləri müəyyənləşdirilir. Vergi qanunvericiliyində “riskli vergi ödəyicisi” anlayışının müəyyən edilməsi və onlara qarşı müvafiq məhdudlaşdırmalar əmtəəsiz aparılan əməliyyatlar üzərində nəzarəti gücləndirib.

Effektiv nəzarətin müsbət nəticələri

Vergi nəzarətinin təkmilləşdirilməsi, ilk növbədə, "kölgə iqtisadiyyatı"nın azaldılmasına mühüm töhfə verir. Bu prosesin ən mühüm göstəricilərindən biri isə dövriyyələrin artımıdır. Dövlət Vergi Xidmətinin açıqladığı məlumata görə, bu ilin yanvar-avqust aylarında yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 15 milyard 307 milyon 568,9 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 faiz çoxdur. Vergilərin və digər büdcə daxilolmalarının düzgün hesablanması, onların vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsi, vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi, vergi nəzarətinin gücləndirilməsi, vergi ödəyicilərinə xidmətin keyfiyyətinin yüksəldilməsi, ölkənin vergi sisteminin beynəlxalq vergi sisteminə inteqrasiya olunması və vergi sistemində insan resurslarından istifadənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər davamlı prosesdir və dayanıqlı inkişafa aparan mühüm istiqamətdir.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Sabit qəbzin onlayn qaydada alınması mümkündürmü?
    Sabit qəbzin onlayn qaydada alınması mümkündürmü?
    14-noy-2025 | Bloq
  • Artıq və ya səhv tutulmuş dövlət rüsumunun qaytarılması müddəti azaldıldı
    Artıq və ya səhv tutulmuş dövlət rüsumunun qaytarılması müddəti azaldıldı
    14-noy-2025 | Bloq
  • Vergi  mütəxəssislərimiz tərəfindən əsassız hesablanmış Mənfəət vergisi azaldıldı
    Vergi mütəxəssislərimiz tərəfindən əsassız hesablanmış Mənfəət vergisi azaldıldı
    13-noy-2025 | Bloq
  • Qeyri-rezident xidmətlərinə görə ƏDV kim ödəyir?
    Qeyri-rezident xidmətlərinə görə ƏDV kim ödəyir?
    13-noy-2025 | Bloq
  • İddia müddəti bitdikdən sonra debitor borclara ƏDV hesablanırmı?
    İddia müddəti bitdikdən sonra debitor borclara ƏDV hesablanırmı?
    13-noy-2025 | Bloq
  • Deputatdan gəlir vergisi ilə bağlı təklif
    Deputatdan gəlir vergisi ilə bağlı təklif
    12-noy-2025 | Bloq
  • Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    12-noy-2025 | Bloq
  • Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    07-noy-2025 | Bloq
  • Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    07-noy-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech