logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əməkhaqqı natura şəklində verilə bilərmi?

  • Bloq
  • 29-sen-2022, 10:36
  • 81
Əməkhaqqı natura şəklində verilə bilərmi?

Öncə qeyd edək ki, qanunvericiliyə görə əməkhaqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əməkhaqqının natura formasında ödənilməsi ilə bağ­lı Əmək Mə­cəl­lə­si­nin 174-cü mad­də­si­nin 3-cü bən­din­də be­lə bir qeyd var: “İş­çi­nin ra­zı­lı­ğı ilə əməkhaq­qı­nın 20 fai­zə qə­də­ri mü­tə­na­sib də­yər­li na­tu­ra formasın­da mü­əs­si­sə­də is­teh­sal edi­lən is­teh­lak mal­la­rı ilə, la­kin­ al­ko­qol­lu iç­ki­lər, 18 ya­şı­na çat­ma­mış iş­çi­lə­rə ener­ge­tik iç­ki­lər, ha­be­lə, tü­tün mə­mu­lat­la­rı, narkotik va­si­tə­lər və psi­xot­rop mad­də­lər və mül­ki döv­riy­yə­də ol­ma­sı­na yol verilmə­yən (mül­ki döv­riy­yə­si məh­dud­laş­dı­rıl­mış) di­gər əş­ya­lar­ is­tis­na olun­maq­la, di­gər məi­şət­də iş­lə­di­lən gün­də­lik tə­lə­bat mal­la­rı ilə əvəz edi­lib ve­ri­lə bi­lər”.

Əməkhaq­qı­nın na­tu­ra şək­lin­də ve­ril­mə­si za­ma­nı üç əsas mə­qa­ma diq­qət yetirmək lazım­dır:

-bi­rin­ci­si, na­tu­ra şək­lin­də əməkhaq­qı ilə bağ­lı mak­si­mal li­mi­tin 20 fa­iz ol­ma­sı;

- ikin­ci­si, na­tu­ra şək­lin­də ve­ri­lən əməkhaq­qı­nın is­teh­lak mal­la­rı və məişət­də is­ti­fa­də edi­lən di­gər gün­də­lik tə­lə­bat mal­la­rı ol­ma­sı;

- üçün­cü­sü, al­ko­qol­lu iş­çi­ki­lər is­tis­na edil­mək­lə ve­ri­lə bil­mə­si.

Misal 1: Mü­əs­si­sə qi­da sa­hə­sin­də bir ne­çə çe­şid­də is­teh­lak mal­la­rı­nın is­teh­sa­lı ilə məş­ğul­dur. Müəssisənin iş­çi­si öz ra­zı­lı­ğı ilə əməkhaq­qı­nın 20 fai­zə qə­də­ri­ni na­tu­ra for­ma­sın­da almaq istəyir. İş­çi­nin əməkhaq­qı­nın 800 ma­nat ol­duğunu fərz et­sək, işə­gö­tü­rən işçiyə əməkhaq­qı­nın 160 ma­na­ta qə­dəri­ni na­tu­ra for­ma­sın­da verməli, 640 manatı­nı isə pul şək­lin­də kö­çür­mə­li­dir.

Misal 2: İş­çi al­ko­qol­lu iç­ki­lər is­teh­sa­lı mü­əs­si­sə­sin­də ça­lı­şır və əməkhaqqının bir hissəsini natura şəklində almaq istəyir. Bu halda ona əməkhaqqı na­tu­ra şək­lin­də ve­ri­lə bil­məz. Çün­ki mü­əs­si­sə­nin is­teh­sal et­di­yi məhsul­lar is­teh­lak mal­la­rı ol­sa da, al­ko­qol­lu iç­ki­lər­dir.






  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq
  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq
  • Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    03-mar-2026 | Bloq
  • Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    03-mar-2026 | Bloq
  • Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    02-mar-2026 | Bloq
  • Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    27-fev-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech