logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Hansı maliyyə sənədləri ciddi hesabat blankları hesab edilmir?

  • Bloq
  • 06-okt-2022, 10:39
  • 663
Hansı maliyyə sənədləri ciddi hesabat blankları hesab edilmir?

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 iyul 2020-ci il tarixli Q-15 nömrəli qərarı ilə “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təstiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli Qərarının 57-59 nömrəli və 61-78 nömrəli əlavələri ləğv edilmişdir.

Məktubda nömrələri qeyd edilərək ləğv edilən ciddi hesabat blankarı aşağıdakılar hesab edilir:

MALLARIN TƏHVİL-QƏBUL AKTI – 57 nömrəli əlavə;
MALLARIN ALIŞ AKTI- 58 nömrəli əlavə;
MALLARIN TƏSƏRRÜFATDAXİLİ YERDƏYİŞMƏSİ QAİMƏ-FAKTURASI- 59 nömrəli əlavə;
MALLARIN QAYTARILMASI AKTI – 61 nömrəli əlavə;
MALLARIN ANBARDAN MƏTBƏXƏ BURAXILIŞI QAİMƏ-FAKTURASI – 62 nömrəli əlavə
MALLARIN MƏTBƏXDƏN ANBARA QAYTARILMASI AKTI -63 nömrəli əlavə
İTMİŞ, ƏSKİK GƏLMİŞ, XARAB VƏ YA ZAY OLMUŞ VƏ OĞURLANMIŞ MALLAR BARƏDƏ AKT – 64 nömrəli əlavə
FÖVQƏLADƏ HALLARDA MALLARIN İTMƏSİ, ƏSKİK GƏLMƏSİ VƏ XARAB VƏ YA ZAY OLMASI BARƏDƏ AKT – 65 nömrəli əlavə
SATIŞIN NƏTİCƏLƏRİNƏ GÖRƏ MALLARIN (MƏHSULLARIN) SİLİNMƏSİ BARƏDƏ AKT – 66 nömrəli əlavə
ALIŞ SİFARİŞİ – 67 nömrəli əlavə
İSTEHSAL EHTİYATLARININ TƏHVİL-QƏBUL AKTI – 68 nömrəli əlavə
İSTEHSAL EHTİYATLARININ ALIŞ AKTI – 69 nömrəli əlavə
İSTEHSAL EHTİYATLARININ TƏSƏRRÜFATDAXİLİ YERDƏYİŞMƏSİ QAİMƏ-FAKTURASI – 70 nömrəli əlavə
MALLARIN (HAZIR MƏHSULLARIN) TƏSƏRRÜFATDAXİLİ YERDƏYİŞMƏSİ QAİMƏ-FAKTURASI – 71 nömrəli əlavə
İSTEHSAL EHTİYATLARININ BURAXILIŞI TƏLƏBNAMƏSİ -72 nömrəli əlavə
İSTEHSAL EHTİYATLARININ İSTEHSALA BURAXILIŞI QAİMƏ-FAKTURASI -73 nömrəli əlavə
KÖMƏKÇİ İSTEHSAL MƏHSULLARININ ƏSAS İSTEHSALA BURAXILIŞI QAİMƏ-FAKTURASI – 74 nömrəli əlavə
ZAY MƏHSULLARA DAİR AKT -75 nömrəli əlavə
ZAY MƏHSULLARIN TƏHVİL-QƏBUL AKTI -76 nömrəli əlavə
HAZIR MƏHSULLARIN TƏSƏRRÜFATDAXİLİ YERDƏYİŞMƏSİ QAİMƏ-FAKTURASI – 77 nömrəli əlavə
HAZIR MƏHSULLARIN TƏHVİL-QƏBUL AKTI -78 nömrəli əlavə
Həmkarlarımıza bir məsələni bildirmək isəyirik ki, qeyd edilən sənədlərin ciddi hesabat blankı olaraq ləğv edilməsi o anlama gəlmir ki, vergi ödəyicisi gəlir və xərclərin uçotun aparılmasında həmin sənədlərdən istifadə etməməlidir. Sadəcə vergi ödəyicisi həmin sənədlərin hazırlanması üçün ciddi hesabat blankının çapı ilə bağlı lizensiyası olmayan mətbəələrə də müraciət edə bilər. Həmçinin vergi ödəyicisi özü də qeyd edilən sənədlərin hazırlanmasını da həyata keçirə bilər. Qeyd edək ki, qaydalarda dəyişikliyə qədər həmin ciddi blanklarına seriya və nömrələrinin verilməsi Maliyyə Nazirliyi tərəfindən həyata keçirilirdi.

Vergi ödəyicisi bazarda vətəndaşdan mal aldıqda və əvvəlcədən sifariş edilməyən malları vergi ödəyicisinə təqdim etdikdə müvafiq olaraq “MALLARIN ALIŞ AKTI” və “MALLARIN TƏHVİL-QƏBUL AKT”ını hazırlayıb qarşı tərəfə təsdiqləməlidir. Əks halda, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq, qeyd edilən sənədlərin olmamasına görə maliyyə sanksiyaları tətbiq edilə bilər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech