logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Fərdi qulluqçular və dayələrin vergi və sosial öhdəlikləri

  • Bloq
  • 13-okt-2022, 10:18
  • 115
Fərdi qulluqçular və dayələrin vergi və sosial öhdəlikləri

Vergi Məcəlləsinin 218.4.4 maddəsinə əsasən, fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər sabit sadələşdirilmiş vergi ödəyiciləridirlər. Maliyyə və mühasibat işləri üzrə aparıcı mütəxəssisi Təbriz Məmmədli həmin maddə ilə bağlı öhdəlikləri “vergiler.az”a şərh edib.

Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu olmaq, xəstələrə, qocalara və uşaqlara qulluq etmək, eləcə də dayə kimi işləmək də Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərinə aiddir. Onların ödəməli olduğu aylıq sabit vergi məbləği 10 manatdır və həmin məbləğə aşağıda qeyd olunan əmsallar tətbiq olunur:

1.Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2;

2.Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1.5;

3.Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran,Yevlax, Şəki və Naftalan şəhərlərində -1;

4.digər rayon və qəsəbələrdə - 0.5

Həmçinin, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinin 14.5.1-1.5–ci bəndinə əsasən, həmin şəxslər minimum aylıq əməkhaqqının 3 faizi miqdarında aşağıda qeyd olunan əmsallar üzrə məcburi dövlət sosial sığorta haqqı ödəyirlər:

1.Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) -2,0;

2.Gəncə,Sumqayıt şəhərlərində və Abşeron rayonunda – 1,5;

3.digər şəhər və rayonlarda -1,0

Əlavə olaraq həmin şəxslər “Tibbi sığorta haqqında” Qanunun 15-10-cu maddəsinin 15-10.1.3 bəndinə əsasən minimum aylıq əməkhaqqının 4 faizi miqdarında sığorta haqqı ödəyirlər. 2022-ci il yanvarın 1-dən minimum aylıq əmək haqqı 300 manat müəyyən edilib.

Sadalanan tələbləri misalla izah edək:

Misal: 2022-ci ilin oktyabr ayı üzrə Bakı şəhərində fərdi yaşayış evində qulluqçu işləyən şəxsin aylıq vergi və sosial tutulmalarını hesablayaq:

Sadələşdirilmiş vergi məbləği:

10 x 2 = 20 manat

Məcburi dövlət sosial sığorta haqqı:

(300 x 3%) x 2 = 18 manat

Tibbi sığorta haqqı:

300 x 4% = 12 manat

Cəmi tutulma: 20 + 18 + 12 = 50 manat.

Xüsusi vurğulamaq lazımdır ki, həmin vergi ödəyiciləri nağd pul hesablaşmaları zamanı alıcılara mütləq qəbz və digər ciddi hesabat blankları təqdim etməlidirlər. Həmçinin, sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığortanın ödənilməsi haqqında qəbz almamış fəaliyyət göstərə bilməzlər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    12-sen-2025 | Bloq
  • İşçilərin attestasiya edilməsi qaydaları
    İşçilərin attestasiya edilməsi qaydaları
    12-sen-2025 | Bloq
  • Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    11-sen-2025 | Bloq
  • Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    11-sen-2025 | Bloq
  • Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    10-sen-2025 | Bloq
  • Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    10-sen-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    09-sen-2025 | Bloq
  • Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR
    Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR
    09-sen-2025 | Bloq
  • Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    08-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]