logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Müstəqilliyin Bərpası Günümüz mübarək olsun!

  • Bloq
  • 18-okt-2022, 10:26
  • 57
Müstəqilliyin Bərpası Günümüz mübarək olsun!

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu dünyaya bəyan etdi. Tarixin qaçqovunda Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi, dövlət quruculuğu sahəsində mühüm addımlar atıldı. Vur-tut 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində demokratik dövlətçilik ənənələrinin formalaşması üçün ciddi nümunə oldu.

Lakin tarixin sonrakı gedişatı həm Azərbaycan xalqını, həm də Şərqin ilk cümhuriyyətini sərt sınağa çəkdi: 1920-ci ildə Azərbaycanda bolşeviklərin hakimiyyəti qəsb etməsi ölkənin müstəqilliyini əlindən aldı. Bununla belə, Azərbaycan xalqının azadlıq və müstəqillik ideallarına sədaqəti heç vaxt sarsılmadı. Bədxah qüvvələr tərəfindən Azərbaycanın ərazi bütövlüyünə təhlükə yarananda, Ermənistan və havadarları Dağlıq Qarabağ iddiasını ortaya atanda xalq ayağa qalxdı və SSRİ kimi nəhəng şər imperiyasının süqutu məhz Azərbaycandan başladı...

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu.​ Bununla da Azərbaycan xalqı 1920-ci ilin aprelində itirilmiş dövlət müstəqilliyini bərpa etdi.

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam oldu. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etdi. Dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb etdiyindən oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edildi.

Artıq iki ildir ki, Müstəqilliyin Bərpası Gününü öz ərazi bütövlüyünə qovuşmuş qalib xalq kimi bayram edirik. Bu tarixi ədalət Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi, xalqımızın sarsılmaz əzmi, qəhrəman əsgərlərimizin yüksək peşəkarlığı və fədakarlığı, xalqımızla dövlətimizin mənəvi bütövlüyü sayəsində zəfər çaldı.

İndi qarşımızda daha geniş quruculuq üfüqləri açılıb. Qəhrəman şəhidlərimizin qanı bahasına əldə etdiyimiz möhtəşəm birliyi və bütövlüyü qorumaq, ölkəmizin yüksəlişinə öz töhfəmizi vermək hər birimizin müqəddəs vətəndaşlıq borcudur.

Yaşasın müstəqil, demokratik Azərbaycan dövləti! ​

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech