logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Biznes mühitinin inkişafı üçün yeni alətlər tətbiq olunacaq

  • Bloq
  • 19-okt-2022, 10:12
  • 150
Biznes mühitinin inkişafı üçün yeni alətlər tətbiq olunacaq

Azərbaycanda iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar biznesin inkişafına güclü təkan verib. Liberal biznes mühitinin formalaşdırılmasının xüsusi diqqət mərkəzində saxlanılması isə investisiya şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərib. Görülən işlər iqtisadiyyatın genişlənməsinə və investisiyaların artımına yol açıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 98,1 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% çox ümumi daxili məhsul (ÜDM) istehsal edib. Bu dövrdə əsas kapitala 10 milyard 154,4 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% çox vəsait yönəldilib, qeyri neft-qaz sektoruna investisiyalar isə 18,1% artıb. Əldə edilən nəticələr əlverişli biznes mühitinin olmasından xəbər verir.

Ölkəmizdə biznesə başlamaq çox sadədir

Azərbaycan biznesə başlama sahəsində dünyanın ən yaxşı təcrübələrindən birinə malikdir. Hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. Bu sistemə əsasən, qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və həmin sənədlərin kağız daşıyıcılarda təqdim edilməsinə zərurət olmur. Elektron kabinetə göndərilən qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbulu üçün qanunvericilik bazası və inzibatçılıq da təkmilləşdirilib. Yeni onlayn qeydiyyat sisteminin həyata keçirilməsində əsas məqsəd biznesə başlamaqla bağlı prosedurların sadələşdirilməsi, vaxta qənaət, əlverişli biznes mühiti, şəffaflığın təmin olunması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. Bütün bunlar vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan islahatların davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Azərbaycan biznesə başlama sahəsində dünyanın ən yaxşı
təcrübələrindən birinə malikdir. Hüquqi şəxsin qeydiyyatı
prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb,
biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib.

“Əlverişli Biznes Mühiti” layihəsi çərçivəsində əldə ediləcək nəticələr biznes mühitində islahatları sürətləndirəcək

“Əlverişli Biznes Mühiti” layihəsi Dünya Bankı Qrupu tərəfindən təqdim edilib. Layihənin “Vergitutma” indikatoru üzrə Yol Xəritəsi təqdim edilib və bu istiqamətdə nəzərdə tutulan tədbirlər müəyyənləşdirilib. Hər bir indikator üzrə müvafiq işçi qruplar fəaliyyət göstərir. “Əlverişli Biznes Mühiti” layihəsi ölkənin biznes və investisiya mühitinin əlverişliliyinin, yerli və xarici investorlar üçün cəlbediciliyinin daha da artırılmasına yönələn, keyfiyyətcə yeni yanaşmalar əsasında qurulan bir dəyərləndirmə prosesidir. Əgər əvvəllər qurum tərəfindən biznes mühitinin dəyərləndirilməsi zamanı diqqət daha çox mikro və kiçik sahibkarlıq subyektlərinə yönəlirdisə, indi ölkədə biznes sahələrinin funksionallığı, bütövlükdə özəl sektorun inkişafına təsir göstərən biznes qaydaları və dövlət xidmətlərinin müqayisəli qiymətləndirilməsi xüsusi önəm daşıyır. Layihə biznes mühitinin əlverişliliyini, 3 mərhələdən ibarət olmaqla, 10 indikator əsasında qiymətləndirir. Bu indikatorlardan biri də vergitutma ilə bağlı məsələlərdir. Hər bir indikator üzrə müvafiq işçi qruplar fəaliyyət göstərir. Bu işçi qruplar tərəfindən konsepsiya komponentləri əsasında müvafiq sahələrin, o cümlədən vergitutma sahəsinin ilkin qiymətləndirilməsi, təhlili və diaqnostikası aparılıb, məhdudiyyətlər və təkmilləşmə imkanları müəyyən edilib, yol xəritələri və diaqnostika matrisaları tərtib edilib. İşçi qrup tərəfindən tərtib edilmiş “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin əsas hədəfi özəl sektorun genişlənməsinə və inkişafına əlverişli imkan yaradan qaydaların və praktikaların tətbiqini təhlil etməklə onların təkmilləşdirilməsinə və cəlbediciliyinin artırılmasına nail olmaq, ortamüddətli dövrdə həyata keçiriləcək təşəbbüslərin ictimaiyyətin və vergi ödəyicilərinin diqqətinə çatdırılması, habelə gələcək dövrün fəaliyyətləri barəsində əhalinin məlumatlandırılmasından ibarətdir.

“Əlverişli Biznes Mühiti” layihəsi ölkənin biznes və investisiya mühitinin əlverişliliyinin,
yerli və xarici investorlar üçün cəlbediciliyinin daha da artırılmasına yönələn,
keyfiyyətcə yeni yanaşmalar əsasında qurulan bir dəyərləndirmə prosesidir.

Vergi sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi 9 komponenti əhatə edən 3 əsas alt indikator üzrə aparılacaq. Yol Xəritəsində mühüm bir istiqamət vergi yükü və vergi sistemlərinin səmərəliliyi ilə bağlıdır. Məlumdur ki, biznes mühiti üçün vergi yükü məsələsi olduqca önəmlidir. Bu istiqamətdə İşçi qrup biznes üçün vergi yükünün və vergi qaydalarına əməl etmək üçün sərf edilən vaxt göstəricilərinin azaldılması komponentlərini müzakirə edəcək. Bu məsələlər Yol Xəritəsində öz əksini tapıb. Xüsusilə kiçik dövriyyəyə malik, mikro sahibkarlıqla məşğul olan fərdi sahibkarların ödədiyi sosial sığorta haqlarının məbləğinin optimallaşdırılması məsələsi aktualdır. Çünki özəl sektorun, xüsusilə də mikro və kiçik sahibkarlığın inkişafının yeni və daha səmərəli stimullar və inkişaf mühiti hesabına sürətləndirilməsi diqqət mərkəzindədir. Bu məsələ ətraflı öyrənilməklə və həmin şəxslərin gələcək sosial təminatları nəzərə alınmaqla təkliflərin hazırlanması və təqdim edilməsi nəzərdə tutulur. Həmçinin, artıq ödəmələrin çevik qaytarılması nəzərdə tutulan vergi ödəyiciləri meyarlarının müəyyən edilməsi, həmin vəsaitlərin büdcədən qaytarılması ilə bağlı yaradılmış “Vahid elektron lövhə” sisteminə sosial sığorta haqları üzrə artıq ödəmələrin də əlavə edilməsi müzakirə predmeti olacaq.

Ümumiyyətlə, “Əlverişli Biznes Mühiti” layihəsi çərçivəsində əldə ediləcək nəticələr biznes mühitində islahatların sürətləndirilməsinə töhfə verəcək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılmasına səbəb olacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Dividend anlayışı və vergidən azadolma halları
    Dividend anlayışı və vergidən azadolma halları
    11-iyl-2025 | Bloq
  • Əmək münasibətlərində hamilə qadınların üstün hüquqları
    Əmək münasibətlərində hamilə qadınların üstün hüquqları
    11-iyl-2025 | Bloq
  • İxtisar hallarında əmək müqaviləsinin ləğvi və vergi məsələləri üzrə məlumatlandırma
    İxtisar hallarında əmək müqaviləsinin ləğvi və vergi məsələləri üzrə məlumatlandırma
    10-iyl-2025 | Bloq
  • Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?
    Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?
    10-iyl-2025 | Bloq
  • İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    09-iyl-2025 | Bloq
  • Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    09-iyl-2025 | Bloq
  • ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    08-iyl-2025 | Bloq
  • Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    08-iyl-2025 | Bloq
  • Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    07-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]