logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Yükdaşıma şirkətlərinin vergi və sosial öhdəlikləri necə hesablanır?

  • Bloq
  • 27-okt-2022, 09:48
  • 114
Yükdaşıma şirkətlərinin vergi və sosial öhdəlikləri necə hesablanır?

“Fərqlənmə nişanı” almış ölkədaxili yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi məbləği Vergi Məcəlləsinin 220.5 və 220.6-cı maddələri ilə tənzimənir. Həmin maddələrin tələblərinə əsasən, yük avtomobilinin yükgötürmə qabiliyyəti hər ton üçün 1 manat təşkil edir.

Burada diqqət edilməli əsas məsələrdən biri verginin faktiki daşınılan yükün həcminə deyil, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində qeyd edilən yükgötürmə həcminə uyğun hesablanmasıdır.
"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir.

Sosial sığorta məbləği “Sosial sığorta haqqında” qanunun 14.5.1-1.10 maddəsinə əsasən, minimum əməkhaqqının 6 faizi miqdarında müvafiq əmsallar tətbiq edilməklə hesablanır:

İcbari tibbi sığorta məbləği isə “Tibbi sığorta haqqında” qanunun 15-10.1.3 madəsinə əsasən, minimum aylıq əməkhaqqının 4 faizi miqdarında müəyyənləşdirilib.

Misal: Sabit vergi ödəyicisi olan fiziki şəxs, Gəncə şəhər qeydiyyatıdır və yükgötürmə qabiliyyəti 15 ton olan avtomobili ilə yükdaşıma fəaliyyəti göstərir. O, ay ərzində 9 ton yük daşıyıb və 650 manat gəlir əldə edib. Şəxsin ödəməli olduğu vergi, sosial sığorta və icbari tibbi sığorta haqqını hesablayaq:

1. Faktiki yükdaşıma və əldə etdiyi gəlirdən asılı olmayaraq sadələşdirilmiş vergi məbləği yükgötümə qabiliyyəti hər ton üçün 1 manat müəyyən edilib və fəaliyyət göstərdiyi zonadan asılı olaraq əmsal tətbiq edilir. Şəxs Gəncə şəhərində fəaliyyət göstərdiyi üçün 1,5 əmsal tətbiq olunacaq.

Sadələşdirilmiş vergi:

5 x 1 x 1,5 = 22,5 manat;

2. Sosial sığorta məbləği:

(300 x 6%) x 1,5 = 27 manat;

3. İcbari tibbi sığorta məbləği:

300 x 4% = 12 manat.

Sabit vergi ödəyiciləri bu fəaliyyət ilə məşğul olmaq üçün vergi və digər ödənişləri aylıq, rüblük və ya illik ödəyir və ödənilən məbləğ fəaliyyətin olub-olmamasından asılı olmayaraq geri qaytarılmır. Sabit vergi ödəyiciləri qəbz aldıqları zaman onların vergi və digər ödənişləri etdiklərinə görə bəyannamə vermək məcburiyyətləri yoxdur.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech