logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İntizam tənbehinin verilməsi zamanı nələr gözlənilməlidir?

  • Bloq
  • 01-noy-2022, 09:47
  • 533
İntizam tənbehinin verilməsi zamanı nələr gözlənilməlidir?

Əmək Məcəlləsinin 187-ci, “İntizam tənbehinin verilməsi qaydaları” maddəsinin birinci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

Təbii ki, işçinin əmək və icra intizamını pozması faktı və törətdiyi xəta rəsmiləşdirilməlidir. Misal üçün, işçinin işə gecikməsinin tabel uçotunda qeyd olunması yetərli deyil, ondan bu barədə izahat da alınmalıdır.

Başqa bir misal. Mühasibin hesabatı gec göndərməsini təsdiq edən sənəd kimi, vergi orqanının təqdim etdiyi maliyyə sankiyası haqqında bildirişlərlə yanaşı, işçinin izahatı da olmalıdır.

Bəzən elə hallar olur ki, onun baş verməsi mütləq hansısa sənədlə təsdiq edilməlidir. Məsələn, işçinin iş yerini icazəsiz tərk etməsi, işçinin öz iş yoldaşını təhqir etməsi və ya müştərilərlə münasibətdə işəgötürənin işgüzar nüfuzuna mənfi təsir edən hərəkətlərə yol verməsi belə hallardan hesab edilə bilər. Bu halda artıq işçinin funksional rəhbərliyi, daxili nəzarət orqanı və ya kadrlarla iş departmentinin təqdimatı da intizam tənbehinin verilməsi ilə bağlı araşdırmanın aparılmasına əsas olur.

Mümkündür ki, işçinin birbaşa tabe olduğu bölmənin (şöbənin) rəhbərinin təqdimatında işçinin intizam xətası törətməsi qeyd edilsə də, o, yazılanları inkar etsin.

İşçi inzibatı xətanın baş verməsinə səbəb kimi üzrlü halları və ya ondan asılı olmayan səbəbləri qeyd edə bilər. Misal üçün, işçi bildirə bilər ki, işə gecikməsinə səbəb Bakıda keçirilən beynəlxalq tədbirin nəticəsində yolların bağlanması olub. Yaxşı olar ki, belə hallarda işçi xəta törətdiyinə görə səmimi şəkildə peşman olduğunu da etiraf etsin.

Təcrübədə rast gəlinən hallardan biri də odur ki, icra və ya əmək intizamını pozan işçi yazılı izahat verməkdən imtina edir. Maddədən göründüyü kimi, işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Göründüyü kimi, işçinin yazılı izahat verməkdən imtina etməsi, heç də onun bu xətanı törətmədiyi anlamına gəlmir. Bu səbəbdən də işçinin yazılı izahat verməsi məqsədəuyğundur. İşəgötürənin isə işçinin törətdiyi intizam xətasını, eyni zamanda yazılı izahat verməkdən imtina faktını aktlaşdırması daha məqsədəuyğundur.

Qeyd edək ki, təşkilatımızın digər nəşri olan “A-dan Z-yə Kargüzarlıq” kitabında intizam tənbehinin baş verməsinin sənədləşdirilməsi (aktın tərtibi və xidməti yazının yazılması), işçidən izahat alınması, işçinin izahat verməkdən imtinası faktının aktlaşdırılması, işçinin icra və əmək intizamını pozması nəticəsində müəssisəyə dəyən ziyanla bağlı xidməti araşdırmanın aparılması proseduru (komissiyanın yaradılması, komissiyanın işçilərdən izahat alması, komissiyanın yekun rəyi və sair) nümunəvi sənəd formalarının köməyi ilə geniş şəkildə izah olunub.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech