logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Qrant layihəsi çərçivəsində ayrılan vəsaitə görə fiziki şəxsin vergi öhdəliyi yaranırmı?

  • Bloq
  • 02-noy-2022, 12:11
  • 65
Qrant layihəsi çərçivəsində ayrılan vəsaitə görə fiziki şəxsin vergi öhdəliyi yaranırmı?

Təhsil Nazirliyinin keçirdiyi qrant müsabiqəsində qalib olmuşam. Nazirlik tərəfindən bank hesabıma 2500 manat köçürülüb. Həmin vəsaiti son manatınadək təinatı üzrə xərclərə yönəltmişəm. Burada mənim heç bir gəlirim olmayıb. Mənə vergi, DSMF, tibbi sığorta ödəmələri hesablanıb. Bu, düzgündürmü?

Dövlət Vergi Xidmətindən bildiirilib ki, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin müddəalarına əsasən qrant - humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir.

Qrant maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilir.

Buna əsasən sorğuda göstərilən halda, Təhsil Nazirliyi tərəfindən ayrılan qrant qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməklə tam məbləğdə təyinatı üzrə sərf edildiyi halda (daxil olan məbləğ tam xərcləndiyi halda hesabat ilində gəlir əldə edilmir) qrant müqaviləsi üzrə resipiyent olan şəxsin qrant vəsaitindən vergi öhdəliyinin yaranması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Eyni zamanda, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun 5.3-cü maddəsinə əsasən bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul vəsaitinin məcburi dövlət sosial sığortasına cəlb olunması "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində məcburi dövlət sosial sığorta haqlarından azad olunan gəlir növləri sadalanmış və həmin maddənin 12-ci abzasında maddi yardımın sosial sığorta haqqından azad olunduğu göstərilmişdir.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri, mediatorlar) sığortalı qismində özləri çıxış edirlər.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda, qrant üzrə resipiyent olan fiziki şəxsin qrant layihəsi çərçivəsində ona ayrılan vəsaitə görə sosial sığorta haqqı və icbari tibbi sığorta haqqı ödəmək öhdəliyi yaranmır.

Əsas: Vergi Məcəlləsi, “Qrant haqqında”, "Sosial sığorta haqqında" və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunları.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Sabit qəbzin onlayn qaydada alınması mümkündürmü?
    Sabit qəbzin onlayn qaydada alınması mümkündürmü?
    14-noy-2025 | Bloq
  • Artıq və ya səhv tutulmuş dövlət rüsumunun qaytarılması müddəti azaldıldı
    Artıq və ya səhv tutulmuş dövlət rüsumunun qaytarılması müddəti azaldıldı
    14-noy-2025 | Bloq
  • Vergi  mütəxəssislərimiz tərəfindən əsassız hesablanmış Mənfəət vergisi azaldıldı
    Vergi mütəxəssislərimiz tərəfindən əsassız hesablanmış Mənfəət vergisi azaldıldı
    13-noy-2025 | Bloq
  • Qeyri-rezident xidmətlərinə görə ƏDV kim ödəyir?
    Qeyri-rezident xidmətlərinə görə ƏDV kim ödəyir?
    13-noy-2025 | Bloq
  • İddia müddəti bitdikdən sonra debitor borclara ƏDV hesablanırmı?
    İddia müddəti bitdikdən sonra debitor borclara ƏDV hesablanırmı?
    13-noy-2025 | Bloq
  • Deputatdan gəlir vergisi ilə bağlı təklif
    Deputatdan gəlir vergisi ilə bağlı təklif
    12-noy-2025 | Bloq
  • Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    12-noy-2025 | Bloq
  • Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    07-noy-2025 | Bloq
  • Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    07-noy-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech