logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏMAS-da ən çox narazılıq yaradan MÜDDƏT problemi necə həll olundu?

  • Bloq
  • 03-noy-2022, 10:32
  • 245
ƏMAS-da ən çox narazılıq yaradan  MÜDDƏT problemi necə həll olundu?

10 may 2022-ci tarixdən tətbiq olunan ƏMAS altsistemi ilə bağlı ən çox narazılıq yaradan məsələrdən biri müddəti bitən, amma aktiv olan əmək müqavilələri ilə bağlı idi.

Mİsal. İşçi 1 fevral 2022-ci il tarixdə 3 aylıq müddətli əmək müqaviləsi ilə işə qəbul olunub. İşəgötürən həmin müddət bitdikdən bir həftə ərzində işçinin əmək müqaviləsinə xitam vermədiyi üçün müddət avtomatik artırılıb. Çünki Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinə əsasən, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

ƏMAS altsistemi tətbiq olunan dövrlərdə işçinin müddətli əmək müqaviləsi avtomatik artırılan zaman işçi üzrə düzəliş etdikdə tələb olunurdu ki, müqavilənin bitmə tarixi yazılsın. Misalımızda qeyd edilənə uyğun olaraq işçinin əmək müqaviləsinin ilkin bitmə tarixi 1 may 2022-ci il olduğu üçün, işəgötürən 15 may 2022-ci il tarixdə işçinin əmək müqaviləsinə hər hansı səbəbdən dəyişiklik edirdirsə, ƏMAS altsistemi tələb edirdi ki, müqavilənin bitmə tarixini daxil etsin. İşəgötürən əmək müqaviləsinin yeni bitmə tarixini qeyd etmədiyi halda, işçi ilə bağlı hər hansı digər dəyişikliyi həyata keçirə bilmirdi.

Qeyd edək ki, təşkilatımızın keçirdiyi təlimlərdə həmkarlarımız tərəfindən ƏMAS altsistemində müddətli əmək müqaviləsinin bitmə tarixi ilə bağlı narazılıqlar bildirilmişdi. ƏMAS altsisteminə məsul şəxslərlə görüş zamanı bu məsələni qaldırdıq. Bildirildi ki, müddətli əmək müqaviləsi ilə bağlı problem haqqında məlumatlıdırlar, amma bu məsələdə hüquqşünaslarla ekspertlərin yekdil fikri olmadığı üçün əmək müqaviləsinin müddətini avtomatik əvvəlki müddət qədər artırmaq qərarını verə bilmirlər. Çünki hüquqşünaslar bildirirlər ki, müqavilə müddəti son artım qədər, ekspertlər isə hesab edirlər ki, ümumu muqavilə müddəti qədər avtomatik artırılmalıdır.

Yekunda ƏMAS tərəfindən müddəti başa çatan, amma aktiv olan müddətli əmək müqaviləsinə fərqli yanaşma tətbiq olundu. Artıq işəgötürəndən tələb olunmur ki, müqavilə müddətini artırsın. Mütləq tələb olmadığı üçün işəgötürənin hüququ var ki, müddəti bitən, amma aktiv olan əmək müqaviləsinin bitmə tarixini qeyd etməsin.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech