logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşəgötürən niyə “Müəssisədaxili intizam qaydaları”nı tətbiq etməlidir?

  • Bloq
  • 05-noy-2022, 09:23
  • 420
İşəgötürən niyə “Müəssisədaxili intizam qaydaları”nı tətbiq etməlidir?

Əmək Məcəlləsinin 182-ci, “Müəssisədaxili intizam qaydaları” maddəsinin birinci hissəsinə əsasən, müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər.

Maddədən göründüyü kimi, müəssisədaxili intizam qaydaları qəbul edilməsi işəgötürənlər üçün məcburi xarakter daşımasa da, tövsiyə olunur. Fikrimizcə, işəgötürənin müəssisədaxili intizam qaydaları hazırlaması həm sənədləşmə baxımdan işlərini azaldar, həm də fərdi əmək mübahisələrinin yaranmasının qarşısını alar.

Mİsal. İşçi naməlum səbəbdən 4 gün işə gəlməyib, işəgötürənin işçi ilə əlaqə saxlamaq cəhdləri uğursuz olub. Bu halda işəgötürən həmin işçi ilə bağlı hansı fəaliyyətlər həyata keçirməlidir? Variantlardan biri belə ola bilər: Əmək Məcəlləsinin 72-ci maddəsinin “1-a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və bu halda onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilə bilər. Bu əsasla əmək müqaviləsinə xitam verildikdən sonra işçi işə çıxmamasının səbəbini xəstə olması ilə əlaqələndirsə və xəstəlik vərəqəsi təqdim etsə, işəgötürən onu işə bərpa etmək məcburiyyətində qalacaq.

Hesab edək ki, işəgötürən Əmək Məcəlləsinin 182-ci maddəsində nəzərdə tutulan müəssisədaxili intizam qaydalarını qəbul edib. Qaydalarda göstərilib ki, xəstələnən (əmək qaniliyyətini müvəqqəti itirən) işçilər iş yerinə bu barədə vaxtında (tutaq ki, 2 gün ərzində) məlumat verməlidirlər. İşçi işə qəbul olunarkən qaydalarla tanış olub və ona əməl edəcəyi ilə bağlı imza atıb. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən müəssisədaxili intizam qaydalarını pozan işçiyə intizam tənbehlərindən biri verilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və bu halda işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilə bilər. Təcrübə göstərir ki, yuxarıda qeyd edilən tədbirləri görən işəgötürənlərdə işçinin naməlum səbəbdən işə çıxmaması və sonradan xəstəlik vərəqəsi təqdim etməsi halları nadir hallarda baş verir.

Misaldan göründüyü kimi, işəgötürən müəssisədaxili intizam qaydaları tərtib etməklə həm sənədləşmə işini asanlaşdırdı, həm də gələcəkdə fərdi əmək mübahisələri yaranarsa, haqlı durumda olacaq.

Əmək Məcəlləsinin 182-ci maddəsinin üçüncü hissəsinə əsasən, müəssisədaxili intizam qaydaları bu Məcəlləyə, habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan müəssisədaxili intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir.

Maddədən göründüyü kimi, işəgötürən kollektiv müqavilələrdə olduğu kimi işçinin hüquqlarının pozan və əmək qanunvericiliyinə zidd olan hər hansı bəndi müəssisədaxili intizam qaydalarına daxil edə bilməz.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq
  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq
  • Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    03-mar-2026 | Bloq
  • Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    03-mar-2026 | Bloq
  • Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    02-mar-2026 | Bloq
  • Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    27-fev-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech