logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Işçinin işdən çıxma ərizə verdikdə, hansı hallarda ərizəni geri götürə bilər?

  • Bloq
  • 10-noy-2022, 16:48
  • 239
Işçinin işdən çıxma ərizə verdikdə, hansı hallarda ərizəni geri götürə bilər?

İşçinin ərizədə göstərdiyi işdənçıxma tarixinədək ərizəsini geri götürməsi halına baxaq. Əmək Məcəlləsinin 69-cu maddəsinin dördüncü hissəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.



Təcrübədə rast gəlinən hallardan biri də, işçinin əmək müqaviləsininin ləğvi ilə bağlı ərizə verdikdən müəyyən müddət sonra fikrindən daşınmasıdır.

Mİsal 1. İşçi 15 fevral 2022-ci il tarixdə işdən çıxmaq haqqında ərizə yazır. Lakin 26 fevral 2022-ci il tarixdə işəgötürənə müraciət edərək bildirir ki, işdənçıxma ərizəsini geri götürmək istəyir. İşəgötürən bu müddət ərzində işçiyə onun yerinə yeni işçinin işə götürülməsi ilə bağlı hər hansı xəbərdarlıq etməyibsə, o halda işçinin əvvəlki ərizəsi etibarsız hesab edilir.

Mİsal 2. İşçi 10 fevral 2022-ci il tarixdə işdən çıxmaq haqqında ərizəni işəgötürənə təqdim edir. 26 fevral 2022-ci il tarixdə işçi ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı işəgötürəni məlumatlandırır. Ancaq məlum olur ki, işçi ərizəsini təqdim etdikdən sonra, işəgötürən onun yerinə yeni işçinin seçilməsi ilə bağlı prosedurları həyata keçirib, yekunlaşdırsa da, işçiyə hər hansı rəsmi xəbərdarlıq etməyib. Bu zaman işçinin işdənçıxma ərizəsi etibarsız hesab edilir.

Mİsal 3. İşçi 8 fevral 2022- ci il tarixdə işdənçıxma haqqında ərizə ilə işəgötürənə müraciət edir. İşçi sonradan fikrini dəyişərək, 22 fevral 2022-ci il tarixdə işdən çıxmayacağı haqqında işəgötürənə məlumat verir. Amma işəgötürən işçiyə 8 fevral 2022-ci il tarixdə rəsmi xəbərdarlıq verib ki, işçinin yerinə yeni işçinin seçimi prosesi başa çatıb. Bu halda işçi işdənçıxma ərizəsini geri götürə bilməz və o, ərizəni verdiyi tarixdən 1 ay müddətində işdən azad ediləcək.

Mİsal 4. İşçi 9 fevral 2021-ci il tarixdə işdənçıxma haqqında müraciət edir. Qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinə 17 fevral 2021-ci il tarixdə xitam verilir. Əmək müqaviləsinə xitam verilən işçi 22 fevral 2021-ci il tarixdə işəgötürənə ərizə ilə müraciət edir ki, onun yerinə yeni işçi götürülmədiyi və yenidən işləmək istədiyi üçün işdənçıxma ərizəsi etibarsız hesab edilsin. Bu halda işəgötürən işçiyə rəsmi xəbərdarlıq etmədiyi halda, onun əmək müqaviləsinə xitam verməsinə baxmayaraq, yenidən işə bərpasına qərar verməlidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech