logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Hüquqi şəxs tərəfindən natura şəklində edilən yardım vergi öhdəliyi yaradırmı?

  • Bloq
  • 11-noy-2022, 14:44
  • 76
Hüquqi şəxs tərəfindən natura şəklində edilən yardım vergi öhdəliyi yaradırmı?

Müəssisə Təhsil Nazirliyinin tabeliyindəki xüsusi internat evlərinə yardım göstərmək istəyir. Yardım pul şəklində köçümə yolu ilə deyil, natura şəklində ediləcəkdir. Bu halda natura şəklində müvafiq internat evlərinə göstərilən yardım üzrə hüquqi şəxsə Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində nəzərdə tutulan azadolma tətbiq edilirmi? Yardım məqsədilə natura şəklində internat evlərinə verilən mallara görə elektron qaimə-faktura təqdim edilməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi - 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə mənfəət vergisindən azad edilmişdir. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 mart tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları”nın 7.2-ci bəndinə əsasən bu Meyarlarda nəzərdə tutulan şəxslərə ödəniş edilərkən, ödənişin təyinatı ödəniş sənədində düzgün, tam və aydın şəkildə qeyd olunmalıdır və ödəniş nağdsız qaydada vəsaiti köçürən şəxsin bank hesabından vəsaiti alan şəxsin bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Təyinatı qeyd olunmayan (düzgün və ya tam qeyd olunmayan) ödənişlər, habelə nağd qaydada ödənilən məbləğlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində nəzərdə tutulan vergidən azadolmaya əsas vermir.

Buna əsasən hüquqi şəxs tərəfindən internat məktəblərinə yardım natura formasında göstərildiyindən Vergi Məcəlləsinin 106.1.18-ci maddəsi ilə müəyyən edilmiş vergi güzəşti müəssisəyə tətbiq edilmir. Bununla yanaşı, vergi qanunvericiliyinin müddəalarına əsasən, sorğuda qeyd olunan halda hüquqi şəxs tərəfindən internat məktəblərinə natura formasında yardımın göstərilməsi (uşaq yeməklərinin əvəzsiz qaydada verilməsi) malların təqdim edilməsi hesab edilir və həmin mallara görə vergi ödəyicisi olan qarşı tərəfə elektron qaimə-faktura təqdim edilməlidir. Təqdim edilən malların elektron qaimə-fakturada yardım kimi verilməsinin qeyd olunmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Əlavə olaraq bildirilib ki, hüquqi şəxs tərəfindən natura formasında yardımın verilməsi (uşaq yeməklərinin əvəzsiz təqdim edilməsi) Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada malların təqdim edilməsi hesab edilir və ƏDV-nin və mənfəət vergisinin vergitutma obyektini yaradır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 71-1-ci, 106-cı, 142-ci, 159-cu maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 mart tarixli 88 nömrəli Qərarı.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Sabit qəbzin onlayn qaydada alınması mümkündürmü?
    Sabit qəbzin onlayn qaydada alınması mümkündürmü?
    14-noy-2025 | Bloq
  • Artıq və ya səhv tutulmuş dövlət rüsumunun qaytarılması müddəti azaldıldı
    Artıq və ya səhv tutulmuş dövlət rüsumunun qaytarılması müddəti azaldıldı
    14-noy-2025 | Bloq
  • Vergi  mütəxəssislərimiz tərəfindən əsassız hesablanmış Mənfəət vergisi azaldıldı
    Vergi mütəxəssislərimiz tərəfindən əsassız hesablanmış Mənfəət vergisi azaldıldı
    13-noy-2025 | Bloq
  • Qeyri-rezident xidmətlərinə görə ƏDV kim ödəyir?
    Qeyri-rezident xidmətlərinə görə ƏDV kim ödəyir?
    13-noy-2025 | Bloq
  • İddia müddəti bitdikdən sonra debitor borclara ƏDV hesablanırmı?
    İddia müddəti bitdikdən sonra debitor borclara ƏDV hesablanırmı?
    13-noy-2025 | Bloq
  • Deputatdan gəlir vergisi ilə bağlı təklif
    Deputatdan gəlir vergisi ilə bağlı təklif
    12-noy-2025 | Bloq
  • Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    12-noy-2025 | Bloq
  • Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    07-noy-2025 | Bloq
  • Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    07-noy-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech