logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Minimum əmək haqqının 500 manata qaldırılması təklif olunur: Bu, xalqa sərf edirmi?

  • Bloq
  • 15-noy-2022, 15:20
  • 228
Minimum əmək haqqının 500 manata qaldırılması təklif olunur: Bu, xalqa sərf edirmi?
"Minimum əmək haqqını 500 və ondan daha çox artırmaq olar”.

"Bu, həm də əhalinin yaşayış səviyyəsini yaxşılaşdırar. Düzdür, paralel olaraq infiliyasiya da artacaq. Amma ümumilikdə real sektorun inkişafına ciddi təkan olacaq. Ölkədə 3 milyon işsiz adam var. Əmək qabiliyyətli insanların 3 milyonu işsizdir. Onların əksəriyyətinin övladı var. Ən yaxşı olar ki, həmin vəsaitdən uşaq pulu üçün də nəzərdə tutulsun, 2003-cü ildə uşaq pulu verilsin.

"Maaşlar da, təqaüdlər də artırılmalıdır, çünki inflyasiya, qiymət artımı insanların belini büküb. Amma bu addımı atmadan öncə bir neçə məsələ də mütləq həll edilməlidir:1. İlk növbədə qanunvericilikdə VÖEN-lə çalışanların Sosial Müdafiə Fonduna ödənişlərinin minimum əmək haqqına bağlantısı aradan qaldırılmalıdır, çox məntiqsiz qaydadır. Məsələn, ay ərzində 500 manat dövriyyəsi olan da, 5000 manat olan da eyni ödəniş, yəni, minimum əmək haqqının 25%-ni DSMF-yə ödəməlidir (bəzi fəalyiyyət növlərində hətta 50%-ni ödəmək məcburiyyəti var). Bu yanaşma qanundan çıxarılmalıdır, minimum əmək haqqı artdıqca DSMF-yə ödənişlərin də avtomatik olaraq artması doğru yanaşma deyil. Ona görə də bu bağlantı qanunvericilikdən çıxarılmalı, əvəzində ancaq dövriyyədən DSMF-yə ödəniş nəzərdə tutulmalıdır. Təklif edirəm ki, dövriyyənin 2%-inin DSMF-yə ödəniş kimi ayrılmasını nəzərdə tutan yeni qanun qəbul edilsin.

2. Daha bir problem odur ki, indiki idarəetmə və iqtisadi sistemdə maaş və təqaüdlərin artırılması əlavə inflyasiya basqısı yaradır, hətta "maaş-təqaüdlər artacaq” xəbəri belə artıq qiymətlərin yüksəlməsinə səbəb olur. Ona görə də maaş və təqaüdləri artırmaqla paralel olaraq vergilər və gömrük dərəcələri də azaldılmalı, inflyasiyanı aşağı çəkəcək tədbirlər görülməlidir. Bu məsələ ilə bağlı aylar öncə təklif etdiyimiz məsələ bu gün də aktualdır, həll edilməlidir, ərzaq və dərmanların ƏDV-si 18%-dən 2%-ə endirilməli, ölkəyə gətirilən dərman vasitələri isə ümumən gömrük rüsumlarından tam azad edilməlidir. Bu yolla qiymət artımının qarşısını almaq, inflyasiyanı kəskin azaltmaq olar. Təbii ki, paralel olaraq 30 ildir müstəqillikdən bəri xroniki "xəstəliyə” çevrilmiş inhisarçılıq problemi də sistemli və iqtisadi yanaşmalarla həll edilməlidir.

3. Ölkədə DSMF-nin işləmə qaydaları da dəyişdirilməlidir, bu gün ödədiyimiz vəsaitdən Dövlət faizsiz istifadə edir, fərdi hesablarımıza toplanan vəsaiti heç olmasa inflyasiyaya görə belə indeksləşdirmir. Məsələn, mənim DSMF-dəki fərdi hesabımda illərdir ödədiyim 20 min manatdan çox vəsait var. Dövlət bu vəsaitdən istədiyi kimi istifadə edir, amma buna görə mənə divident ödəməməsi bir qırağa, yığılan vəsaitin inflyasiyaya görə dəyərdən düşməsini belə kompensasiya etmir. Dövlət ya özəl təqaüd fondlarının yaradılmasına və FƏRDİ müqavilələrə icazə verməli, ya da vətəndaşdan topladığı və istifadə etdiyi vəsaiti hər il inflyasiyaya görə indeksləşdirməlidr.

Ölkədə qiymət artımı, inflyasiya vətəndaşların çiynindəki ağır yükdür, dolayı vergiləndirmədir. Bu yükün azaldılması dövlətin boynunun borcudur. DSMF isə vətəndaşlardan topladığı vəsaiti, faktiki olaraq depoziti istədiyi kimi xərcləyən, buna görə vətəndaşa divident verməyən bir qurumdur. Yuxarıda qeyd etdiyim problemlər çözülməsə maaş-təqaüdlərin artımı növbəti dəfə vətəndaşların xeyr kimi deyil, qiymət artımı yükü kimi geri dönəcək”.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    12-sen-2025 | Bloq
  • İşçilərin attestasiya edilməsi qaydaları
    İşçilərin attestasiya edilməsi qaydaları
    12-sen-2025 | Bloq
  • Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    11-sen-2025 | Bloq
  • Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    11-sen-2025 | Bloq
  • Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    10-sen-2025 | Bloq
  • Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    10-sen-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    09-sen-2025 | Bloq
  • Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR
    Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR
    09-sen-2025 | Bloq
  • Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    08-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]