logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏMAS altsistemində Sınaq müddətinin müəyyən edilməsi ilə bağlı vacib məqamlar

  • Bloq
  • 21-noy-2022, 10:13
  • 144
ƏMAS altsistemində Sınaq müddətinin müəyyən edilməsi ilə bağlı vacib məqamlar
Əmək Məcəlləsininn 51-ci maddəsinə əsasən, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən olunur.
Maddədən göründüyü kimi, sınaq müddəti mütləq tələb deyil, yəni imperativ yox, dispozitiv normadır. İşəgötürən işçi ilə əmək müqaviləsi imzaladıqda sınaq müddəti müəyyən edə və ya etməyə bilər. Təbii ki, Əmək Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulan sınaq müddəti müəyyən edilməyən hallar da nəzərə alınmalıdır. Misal üçün, işəgötürən hamilə və üç yaşına çatmamış uşağı olan qadınla bağlana əmək müqaviləsinə sınaq müddəti müəyyən edə bilməz.
Yuxarıda qeyd etdiyimiz səbəblərə görə, “Sınaq müddəti” bölməsinə məlumatların daxil edilməsi mütləq tələb olmadığı üçün burada ulduz (“*”) işarəsi qeyd edilməyib:
Əmək qanunvericiliyində sınaq müddətinin maksimal müddəti 3 ay kimi qeyd olunsa da, minimal müddət müəyyən olunmayıb. O səbəbdən də, sınaq müddətinin gün, həftə və ya aylarla ifadə olunması mümkündür:
Mİsal. İşəgötürən qərar verir ki, müddətsiz əmək müqaviləsi ilə işə qəbul edilən işçiyə 2 aylıq sınaq müddəti müəyyən etsin. Bu zaman ƏMAS altsistemində proses aşağıdakı kimi həyata keçiriləcək:
“Sinaq müddətinin bitmə xəbərdarlığı” bölməsində avtomatik olaraq çıxan “3” gün məsələsi Əmək Məcəlləsi ilə tənzimlənir. Çünki Əmək Məcəlləsinin 53-cü maddəsinin birinci hissəsinə əsasən, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.
Həmkarlarımızın bir qeydi də ƏMAS altsistemində sınaq müddətinin maksimum həddi ilə bağlıdır. Belə ki, proqram təminatı sınaq müddətinin maksimum həddini “90” gün kimi müəyyən edib. Ancaq 90 günlük müddətlə bağlı tələbin pozulması mümkündür. Çünki bəzi aylarda 28, 30 və ya 31 gün olması bi məsələdə problemlər yaradır. Misal üçün, iyulda işə qəbul olunan işçiyə 3 aylıq sınaq müddəti təyin edilərsə, 3 aya təsadüf edən təqvim günlərinin sayı 92 gün (31 gün +31 gün + 30 gün) edir ki, bu da sistemin maksimum 90 gün tələbinin pozulması anlamına gəlir:

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech