logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmək müqaviləsi - etibarlı gələcəyin təminatı

  • Bloq
  • 23-noy-2022, 11:12
  • 164
Əmək müqaviləsi - etibarlı gələcəyin təminatı


Əmək müqaviləsinin olması yüz minlərlə işçinin hüquqlarının təmin olunmasıdır.
2022-ci ilin 1 noyabr tarixinə aktiv əmək müqavilələrinin sayı 1 mln. 728 mindən çox olub.
Vergi ödəyicisi tərəfindən işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktları aşkara çıxarılarkən işəgötürənlərə müvafiq maliyyə sanksiyaları tətbiq olunur.
Son illər əmək bazarının leqal fəaliyyətinin təmin edilməsi istiqamətində aparılan islahatlar şəffaflığın təmin edilməsini və qeyri-qanuni məşğulluğun azalmasını sürətləndirib. Əmək münasibətlərinin leqallaşdırılması, işçilərin işə yalnız rəsmi qaydada - əmək müqaviləsi bağlanmaqla cəlb edilməsi, o cümlədən maaşların “ağardılması” iqtisadiyyatın inkişafını təmin etməklə yanaşı, cəmiyyətdə sosial ədalətin bərqərar olmasına da mühüm töhfə verib. Əmək münasibətlərinin şəffaflaşdırılması üçün görülən işlər həm də müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi tədbirləri ilə müşayiət olunub.

Əmək müqaviləsi işçinin hüquqlarını müdafiə edir

Birincisi, əmək müqaviləsinin olması yüz minlərlə işçinin hüquqlarının təmin olunmasıdır. Həmin şəxslər pensiya ala, haqqı ödənilən məzuniyyət əldə edə bilər, müxtəlif sosial ödəmələrə hüququ yaranar və işdən səbəbsiz çıxarıla bilməzlər. Yəni bu müqavilə işçinin işəgötürəndən asılılığını aradan qaldırır. Onlar arasında münasibətlər qanun çərçivəsində qurulur və işçi qarşısında işəgötürənin də hüquqi öhdəlikləri yaranır.

İkincisi, əmək müqaviləsinin olması gəlirlərin “ağarması” deməkdir. Son illər əmək müqavilələrinin sayında kütləvi artım əsasında bu “ağarma”nın, habelə əməkhaqqına minimal həddin müəyyən edilməsinin əməkhaqqı fonduna və dövlət büdcəsinə ödəmələrə təsirlərini qiymətləndirmək mümkündür.

Üçüncüsü, özəl sektoru əmək müqavilələrini və iş yerlərini “ağartmağa” sövq etmək, əmək bazarını “kölgə”dən çıxarmaqla işçiləri gələcək pensiya təminatı ilə əhatə etmək sosial rihafın və vətəndaş məmnuniyyətinin təmin olunmasına mühüm töhfədir.

Əmək müqavilələrinin sayında əhəmiyyətli artım

2022-ci ilin 1 noyabr tarixinə aktiv əmək müqavilələrinin sayı 1 mln. 728 mindən çox olub. İlin əvvəli ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 47 mindən çox artıb. Oktyabr ayı ərzində özəl sektorda 12,5 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb. Cari ildə bu sahədə görülən tədbirlərin nəticəsi olaraq, əmək müqavilələrinin artımı, əsasən, ticarət, xidmət, sənaye sahələrində daha çox müşahidə olunur. Həyata keçirilən tədbirlər arasında vergi orqanları tərəfindən maarifləndirmə və nəzarət tədbirlərinin təkmilləşdirilməsinin mühüm rolu var. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən mütəmadi olaraq əmək müqaviləsinin əhəmiyyəti barədə sosial çarxlar hazırlanır. Bu vasitə ilə vətəndaşlara hüquqları ilə bağlı bilgilər sadə, anlaşıqlı və obrazlı formada çatdırılır. Digər tərəfdən isə əmək bazarında nəzarət tədbirləri davam etdirilir. 2022-ci ilin 10 ayı ərzində vergi orqanları tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində əmək müqaviləsi olmadan işə cəlb edilən 3484 şəxs aşkar olunub. Vergi orqanları tərəfindən aparılan yoxlamalar zamanı vergi ödəyicisi tərəfindən işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktları aşkara çıxarılarkən işəgötürənlərə müvafiq maliyyə sanksiyaları tətbiq olunur. Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2 min manat, ikinci dəfə yol verdikdə 4 min manat, üç və daha çox dəfə yol verdikdə isə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Əmək müqavilələrinə və əməkhaqqı fonduna olan tələblər vergi xidmətinin ciddi nəzarətindədir. Vergi orqanları nəzarət funksiyasının yerinə yetirilməsi üçün müasir mexanizmlərdən istifadə edir. Müşahidələr göstərir ki, indi insanların da əmək müqaviləsinin bağlanmasına, əməkhaqqının real göstərilməsi ilə bağlı məsələlərə münasibəti dəyişib. Hamı bunun öz gələcəyi üçün əhəmiyyətini başa düşür.

Deyirlər, əmək insanı ucaldır. Lakin bu məsəl qanuni münasibətlər üzərində qurulmuş əmək fəaliyyətinə aiddir. Çünki yüksəliş, perspektiv və uğurlu əmək yalnız və yalnız əmək müqaviləsinin bağlandığı şəraitdə mövcud olur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq
  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq
  • Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    03-mar-2026 | Bloq
  • Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    03-mar-2026 | Bloq
  • Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    02-mar-2026 | Bloq
  • Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    27-fev-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech