logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Səyyar vergi yoxlaması hansı halda 3 ildən çox müddət üçün həyata keçirilə bilər?

  • Bloq
  • 24-noy-2022, 12:26
  • 138
Səyyar vergi yoxlaması hansı halda 3 ildən çox müddət üçün həyata keçirilə bilər?
1 yanvar 2022-ci ildən Vergi Məcəlləsinə 36.3-1-ci maddə əlavə edilib. Həmin maddəyə əsasən, vergi ödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı bu maddə ilə müəyyən olunmuş müddətlər nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi dövr və (və ya) vergi növləri aşağıdakı hallarda artırıla bilər:

- vergi ödəyicisinin müraciəti əsasında (Maddə 36.3-1.1.);

- keçirilən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergidən yayınma hallarının olması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda (Maddə 36.3-1.2.)

- cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda. (Maddə 36.3-1.3.).

Mİsal 1. Vergi orqanı vergi ödəyicisində son 2 il üzrə səyyar vergi yoxlaması həyata keçirir. Vergi ödəyicisi müraciət edərək, son 3 il üzrə yoxlamanın keçirilməsini tələb etsə, vergi orqanı yoxlamanın əhatə etdiyi dövrü 1 il müddətinə uzada bilər. Amma vergi ödəyicisi son 4 il üzrə yoxlama, yəni yoxlama dövrünün 2 il artırılmasını tələb edə bilməz. Çünki Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.

Mİsal 2. Vergi orqanı vergi ödəyicisində yalnız əlavə dəyər vergisi üzrə yoxlama həyata keçirir. Vergi ödəyicisi vergi orqanına müraciət edərək, mənfəət (gəlir) vergisi üzrə yoxlamanın keçirilməsi ilə bağlı müraciət edir. Bu halda vergi orqanı Vergi Məcəlləsinin 36.3-cü maddəsini əsas tutaraq, vergi ödəyicisində səyyar vergi yoxlaması üzrə digər vergi növünü də əlavə edə bilər.



Mİsal 3. Vergi orqanı vergi ödəyicisində 2022-ci ildə 2020 və 2021-ci illər üzrə vergi yoxlaması həyata keçirir. Yoxlama zamanı məlum olur ki, vergi ödəyicisi yoxlamanın əhatə etdiyi dövrdən əvvəlki dövrlərdə də vergidən yayınma hallarına yol verib. Bu zaman vergi orqanının hüququ var ki, yoxlamanın əhatə etdiyi dövrü uzatsın.

Mİsal 4. Vergi orqanı 2021-ci il üzrə səyyar vergi yoxlaması həyata keçirir. Eyni vaxtda hüquq-mühafizə orqanı vergidən yayındığı üçün vergi ödəyicisində vergi yoxlamasının keçirilməsi barədə qərar çıxarır. Vergi orqanı həmin qərarı əsas tutaraq, vergi yoxlamasının müddətinin qərarda göstərilən müddət qədər artırmaq hüququna malikdir.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech