logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏMAS platformasında İş vaxtından artıq işə görə ödəmə necə əks etdirilməlidir?

  • Bloq
  • 25-noy-2022, 10:54
  • 276
ƏMAS platformasında İş vaxtından artıq işə görə ödəmə necə əks etdirilməlidir?
E-gov.az elektron informasiya sistemində əmək müqaviləsi bildirişi hazırlayarkən iş vaxtından artıq işə görə ödəmə haqqında məlumatın verilməsi nəzərdə tutulmamışdı. Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Maddədən göründüyü kimi, iş vaxtında artıq iş o halda baş verir ki, işçi iş günü vaxtından artıq işləsin. Fikrimizi misallarla izah edək:

Mİsal 1. İşəgötürən qərar verir ki, işçi istirahət günü iki saatlıq işə cağrılsın. Bu halda işçinin iş vaxtından artıq işləməsi baş vermir.

Mİsal 2. İşçi vergi bəyannamələrinin təqdim edilməsi üçün iş günündən əlavə bir saat çalışıb. Amma bununla bağlı işəgötürənin hər hansı əmri olmayıb. Bu halda da Əmək Məcəlləsinin 99-cu maddəsində nəzərdə tutulan iş vaxtından artıq iş baş verməyib.

Mİsal 3. İstehsal sahəsində avandanlıq xarab olduğu üçün, işəgötürən qərar verir ki, cilingər vəzifəsində çalışan işçi iş vaxtından sonra 2 saat da təmirlə məşğul olsun. Cilingər vəzifəsində çalışan işçinin razılığı ilə əlavə olaraq iki saat əmək funksiyasının icrasına cəlb edilməsi iş vaxtından artıq iş sayılır.

Qeyd edək ki, işçinin iş vaxtından artıq işə cəlb edilməsi prosesinin rəsmiləşdirilməsi (nümunəvi formalar) təşkilatımızın digər nəşri olan “A-dan Z-yə: Kargüzarlıq” kitabında geniş şəkildə verilib.

İş vaxtından artıq işə görə əmək haqqının hesablanması isə Əmək Məcəlləsinin 165-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:

əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;

əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

Əmək Məcəlləsinə əlavə olaraq təsdiq olunmuş nümünəvi əmək müqaviləsi (kontraktı) formasında iş vaxtından artıq işlərə görə əmək haqqının ödənilməsi barədə abzas mövcuddur:

4.24. İşçiyə iş vaxtından artıq işlərin yerinə yetirilməsinə görə qanunvericilikdə nəzərdə tutulan məbləğdən __________ artıq məbləğdə haqq ödənilir;

Əmək Məcəlləsinin 165-ci maddəsinin ikinci hissəsində qeyd edilir ki, əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

Mİsal 1. İşçi iş vaxtından artıq işlədiyi halda işəgötürən əmək qanunvericiliyində nəzərdə tutulan qaydada onun əmək haqqına əlavə hesablayacaq və ƏMAS altsisteminin “4.24. İş vaxtından artıq işlədiyinə görə” bölməsinə 0 (sıfır) qeyd edəcək:

Mİsal 2. İşəgötürən işçi ilə bağlanan əmək müqaviləsində qeyd edir ki, işçini əlavə iş saatına cəlb etdikdə, ona hər dəfə qanunvericiliklə nəzərdə tutulan məbləğdən əlavə tarif (vəzifə) maaşının 10 faizi həcmində və ya 100 manat ödəmə ediləcək. Bu hal ƏMAS altsistemində aşağıdakı kimi əks etdiriləcək:

Əlavə ödəniş faizlə müəyyən edildiyi halda, işçinin tarif (vəzifə) maaşına uyğun hesablama aparılaraq ƏMAS altsistemində məbləğlə qeyd olunmalıdır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vergi  mütəxəssislərimiz tərəfindən əsassız hesablanmış Mənfəət vergisi azaldıldı
    Vergi mütəxəssislərimiz tərəfindən əsassız hesablanmış Mənfəət vergisi azaldıldı
    13-noy-2025 | Bloq
  • Qeyri-rezident xidmətlərinə görə ƏDV kim ödəyir?
    Qeyri-rezident xidmətlərinə görə ƏDV kim ödəyir?
    13-noy-2025 | Bloq
  • İddia müddəti bitdikdən sonra debitor borclara ƏDV hesablanırmı?
    İddia müddəti bitdikdən sonra debitor borclara ƏDV hesablanırmı?
    13-noy-2025 | Bloq
  • Deputatdan gəlir vergisi ilə bağlı təklif
    Deputatdan gəlir vergisi ilə bağlı təklif
    12-noy-2025 | Bloq
  • Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    12-noy-2025 | Bloq
  • Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    07-noy-2025 | Bloq
  • Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    07-noy-2025 | Bloq
  • Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    06-noy-2025 | Bloq
  • Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    06-noy-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech