logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏDV ödəyicisi qismində qeydiyyatın qüvvəyə minməsi qaydası

  • Bloq
  • 28-noy-2022, 10:13
  • 107
ƏDV ödəyicisi qismində qeydiyyatın qüvvəyə minməsi qaydası
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ardıcıl 12 aylıq dövrün istənilən ayı (ayları) ərzində vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan çox olan şəxslər, o cümlədən ictimai iaşə fəaliyyəti ilə məşğul olan və Vergi Məcəlləsinin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüququndan istifadə etməyən şəxslər ƏDV ödəyicisi kimi məcburi uçota alınmalıdırlar.

Vergi Məcəlləsinin 218.1-ci maddəsində qeyd edilən hüquqdan istifadə etmək istəyən vergi ödəyiciləri isə yuxarıda göstərilən 200.000 manat gəlir həddini keçdikdə sadələşdirilmiş vergi ödəyicisi kimi qalmaq hüququndan istifadə etmək niyyətində olduqlarını vergi orqanına bildirərək 8% dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyiciləri kimi fəaliyyətlərini davam etdirirlər.

ƏDV ödəyicisi qismində qeydiyyat:

- ardıcıl on iki ay ərzində 200.000 manat həddi keçdikdə - bu artıqlığın baş verdiyi aydan sonrakı ayın birinci günündən;

- bir əməliyyat çərçivəsində 200.000 manat həddi keçdikdə - bu əməliyyatın həyata keçirildiyi andan əvvəlki andan qüvvəyə minir.

Misal 1: Fərz edək ki, “UUU” MMC-nin 2021-ci ilin martından 2022-ci ilin yanvarına qədər olan dövr üçün vergi tutulan əməliyyatlarının həcmi 175.000 manat təşkil edib. 2022-ci ilin fevral ayında şirkət 30.000 manat dəyərində satış həyata keçirib. Beləliklə, şirkət ƏDV ödəyicisi kimi qeydiyyat üçün dərhal müraciət etməyə borcludur, qeydiyyat isə 2022-ci il martın 1-dən qüvvəyə minir.

Misal 2: İndi fərz edək ki, “QQQ” MMC 2022-ci ilin aprel ayında 350.000 manatlıq bir satış edib. Bu halda, şirkət həmin əməliyyatın tarixindən əvvəl ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyə müraciət etməyə borcludur. Bu o deməkdir ki, 350.000 manat əməliyyatdan ƏDV ödənilməlidir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs ƏDV məqsədləri üçün könüllü qeydiyyat üçün müraciət edə bilər. Bu halda ƏDV məqsədləri üçün qeydiyyat ərizənin verildiyi gündən sonrakı ayın birinci günündən qüvvəyə minir.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələrində yük və sərnişin daşımaları ilə məşğul olan şəxslər aşağıdakı şərtlərə cavab verdikdə yanvarın 31-dək ƏDV-nin məqsədləri üçün könüllü qeydiyyat üçün müraciət edə bilərlər:

- göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini bank köçürməsi yolu ilə ödəmək;

- digər vergi ödəyicilərinə göstərilən xidmətlərdən gəlirləri və elektron qaimə-fakturalar üzrə gəlir əldə etmək xərclərini tərtib etmək;

- göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistemdə aparmaq və vergi orqanının bu sistemə məsafədən çıxışını təmin etmək.

Vergi ödəyicisinin ərizədə göstərdiyi qeydiyyatın qüvvəyə minməsi tarixi Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən 3 il müddətdən çox olmamalıdır. Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən 3 illik dövr bitdikdən sonra vergi ödəyicisi tərəfindən ƏDV-nin dəqiqləşdirilməsinə və əvəzləşdirilməsinə yol verilmir.

Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, Vergi Məcəlləsinin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vergi  mütəxəssislərimiz tərəfindən əsassız hesablanmış Mənfəət vergisi azaldıldı
    Vergi mütəxəssislərimiz tərəfindən əsassız hesablanmış Mənfəət vergisi azaldıldı
    13-noy-2025 | Bloq
  • Qeyri-rezident xidmətlərinə görə ƏDV kim ödəyir?
    Qeyri-rezident xidmətlərinə görə ƏDV kim ödəyir?
    13-noy-2025 | Bloq
  • İddia müddəti bitdikdən sonra debitor borclara ƏDV hesablanırmı?
    İddia müddəti bitdikdən sonra debitor borclara ƏDV hesablanırmı?
    13-noy-2025 | Bloq
  • Deputatdan gəlir vergisi ilə bağlı təklif
    Deputatdan gəlir vergisi ilə bağlı təklif
    12-noy-2025 | Bloq
  • Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    12-noy-2025 | Bloq
  • Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    07-noy-2025 | Bloq
  • Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    07-noy-2025 | Bloq
  • Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    06-noy-2025 | Bloq
  • Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    06-noy-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech