Əqli mülkiyyət sahəsində növbəti uğurumuz

“ZİYALI” əmtəə nişanı üzrə daha bir uğurlu qeydiyyat!
Hər bir brendin arxasında müəyyən ideya, məqsəd və fəaliyyət istiqaməti dayanır. Bu dəyərlərin qorunması, bazarda fərqlənməsi və gələcək inkişafı üçün əmtəə nişanının hüquqi mühafizəsi mühüm əhəmiyyət daşıyır.
AZE Finance olaraq əqli mülkiyyət hüquqlarının qorunması və əmtəə nişanlarının qeydiyyatı istiqamətində həyata keçirdiyimiz işlər çərçivəsində daha bir uğurlu nəticəyə imza atmışıq.
Belə ki, “ZİYALI” söz işarəsi və onun təsviri hissəsi 41-ci sinif üzrə hüquqi mühafizə obyekti kimi qeydiyyata alınıb.

Qeydiyyat 41-ci sinif üzrə aşağıdakı xidmət istiqamətlərini əhatə edir:
Təlim və təhsil xidmətlərinin göstərilməsi;
Təhsil sahəsində məlumatların təqdim edilməsi;
Təhsil sahəsində imtahanların təşkili və keçirilməsi;
Fərdi dərslərin təşkili və keçirilməsi.
Bu xidmətlər təhsil və təlim fəaliyyəti ilə bağlı müxtəlif istiqamətləri əhatə etməklə, brendin müvafiq sahədə hüquqi mühafizəsinin təmin olunması baxımından əhəmiyyətlidir.
Qeydiyyat prosesi AZE Finance əməkdaşı Səmədova Səbinə tərəfindən həyata keçirilib. İlkin sənədlərin hazırlanması, əmtəə nişanının müvafiq sinif üzrə təsnifləşdirilməsi, qeydiyyat üçün müraciətin təqdim edilməsi və prosesin mərhələli şəkildə izlənilməsi daxil olmaqla, bütün işlər ardıcıllıqla icra olunub.
Əmtəə nişanının qeydiyyatı sahibinə brend üzərində qanunvericiliklə müəyyən edilmiş hüquqların verilməsi, onun identikliyinin qorunması və eyni və ya oxşar işarələrdən qanunsuz istifadənin qarşısının alınması baxımından mühüm addımdır.
AZE Finance olaraq müştərilərimizin brendlərinin hüquqi mühafizəsi, əmtəə nişanlarının qeydiyyatı və əqli mülkiyyət hüquqları ilə bağlı proseslərdə peşəkar dəstək göstərməyə davam edirik.
AZE Finance – biznesinizin və brendinizin hüquqi qorunması üçün etibarlı tərəfdaş!

en
ru
tr