logo
  • Bakı, Azərbaycan

  • info@azefinance.az

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Bəzi vergi ödəyicilərinin vəzifələri dəyişdi: qaydalar, məlumatlar

  • Bloq
  • 07-fev-2025, 09:49
  • 29
Bəzi vergi ödəyicilərinin vəzifələri dəyişdi: qaydalar, məlumatlar

Bəzi vergi ödəyicilərinin vəzifələri dəyişdi: qaydalar, məlumatlar


Xəbər verdiyimiz kimi, Vergi Məcəlləsində 2025-ci il yanvarın 1-dən qüvvəyə minmiş bir sıra yeni tələblər yer alıb, eləcə də redaktə tipli dəyişikliklər edilib. Ekspert Anar Bayramov həmin dəyişiklikləri şərh edir.

Vergi Məcəlləsinin 16.1.4-1-ci maddəsində edilmiş dəyişikliyə əsasən, həmin Məcəllənin 14-1.9-cu maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydalarda nəzərdə tutulmuş sənədləri ilə yanaşı, məlumatları da vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicinin vəzifəsidir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 14-1.9-cu maddəsi transfer qiymətlərinin müəyyən olunmasını tənzimləyir. Vergilər Nazirliyinin Kollegiyasının 27 yanvar 2017-ci il tarixli, 1717050000006200 nömrəli qərarı ilə transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları müəyyən edilib. Həmin qaydalarda vergi ödəyici tərəfindən, sənədlərlə yanaşı, məlumatların da təqdim edilməsi nəzərdə tutulub. Amma Vergi Məcəlləsinin 16.1.4-1-ci maddəsində sırf sənədlər qeyd edildiyi üçün "məlumatlar" sözünün də əlavə olunmasına ehtiyac yaranmışdı.

Digər redaktə tipli dəyişiklik transmilli şirkərlər qrupu ilə bağlıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 28 aprel 2020-ci il tarixli, 1 nömrəli qərarı ilə "Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası” təsdiq edilib. Həmin qaydalara əsasən, Azərbaycan Respublikasının rezidenti olan və transmilli şirkətlər qrupuna daxil olan əsas müəssisə, müvəkkil müəssisə və ya qrupdaxili müəssisə hesabat verilən ilin 30 iyun tarixinədək bu qaydaya əlavə edilən bildirişi (2 nömrəli əlavəni) elektron ərizə vasitəsilə vergi orqanlarına təqdim etməlidir:

- əsas müəssisə və ya müvəkkil müəssisə olub-olmaması barədə;

- əsas müəssisə və ya müvəkkil müəssisə olmadığı halda, müvafiq hesabatı verməli olan müəssisənin təyin edilməsi və rezidentliyi barədə;

- transmilli şirkətlər qrupunun maliyyə ili barədə.

Bu səbəbdən də Vergi Məcəlləsinin 16.9-cu maddəsinə "…hesabatı"ından sonra "və bildirişi” sözləri əlavə edilib.

Qeyd olunan maddə ilə bağlı digər dəyişikliyə əsasən, 16.9-cu maddənin birinci cümləsində "…Respublikasının rezidenti olan müəssisə" sözləri “…Respublikasında vergi uçotuna alınmış vergi ödəyicisi" sözləri ilə əvəz edilib. Bu dəyişikliyin məqsədi Vergi Məcəlləsinin 13.2.5-ci maddəsinin tələbləri və 16.9-cu maddədəki rezident anlayışlarına fərqli yanaşma tətbiq edilməsinin aradan qaldırılmasıdır. Dəyişikliyə qədər Vergi Məcəlləsinin 16.9-cu maddəsində qeyd olunan "…Respublikasının rezidenti olan müəssisə" sözləri transmilli şirkətlər qrupu uzrə xarici ölkələrin rezidentlərinin Azarbaycan Respublikasındakı filial və nümayəndəliklərini əhatə etmirdi.

Vergi Məcəlləsinin 16.9-cu maddəsinə "Azərbaycan Respublikasında vergi uçotuna alınmış vergi ödəyicisi" ifadəsi əlavə edilməklə xarici ölkələrin və daimi rezidentlərin Azərbaycan Respublikasındakı filial nümayəndəlikləri maddənin əhatə dairəsinə daxil olunub.

Beləliklə, hər iki dəyişiklik nəzərə alınmaqla Vergi Məcəlləsinin 16.9-cu maddəsi aşağıdakı kimi olub: "Transmilli şirkətlər qrupunun maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olduqda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasında vergi uçotuna alınmış vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş müddətdə, formada və qaydada hesabatı və bildirişi vergi orqanına təqdim edir. Bu maddə ilə müəyyən edilmiş hesabatın verilməsini şərtləndirən məbləğ həddi transmilli qrupun maliyyə hesabatları əsasında müəyyən edilir”.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Həyatın yığım sığortası üzrə gəlir vergisi və sosial sığorta azadolmaları
    Həyatın yığım sığortası üzrə gəlir vergisi və sosial sığorta azadolmaları
    27-may-2025 | Bloq
  • Bazar sahibi icarəyə verilən obyektin vergi uçotuna alınmasını tələb edə bilərmi?
    Bazar sahibi icarəyə verilən obyektin vergi uçotuna alınmasını tələb edə bilərmi?
    27-may-2025 | Bloq
  • Sabit vergi ödəyicisi hansı hesabatlar verməlidir?
    Sabit vergi ödəyicisi hansı hesabatlar verməlidir?
    26-may-2025 | Bloq
  • Kənd təsərrüfatı məhsullarının satışında ƏDV necə hesablanır və hansı sənədlər tələb olunur?
    Kənd təsərrüfatı məhsullarının satışında ƏDV necə hesablanır və hansı sənədlər tələb olunur?
    26-may-2025 | Bloq
  • Qızıl alışına çəkilən xərclər gəlirdən necə çıxılır?
    Qızıl alışına çəkilən xərclər gəlirdən necə çıxılır?
    26-may-2025 | Bloq
  • Kənd təsərrüfatı məhsullarında ƏDV-nin əvəzləşdirilməsi istisnaları
    Kənd təsərrüfatı məhsullarında ƏDV-nin əvəzləşdirilməsi istisnaları
    23-may-2025 | Bloq
  • Yemək xərcləri e-qaimə ilə alındıqda ƏDV-nin əvəzləşdirilməsi
    Yemək xərcləri e-qaimə ilə alındıqda ƏDV-nin əvəzləşdirilməsi
    23-may-2025 | Bloq
  • Ezamiyyə müddətində əməkhaqqının hesablanması qaydası
    Ezamiyyə müddətində əməkhaqqının hesablanması qaydası
    22-may-2025 | Bloq
  • Vergi borcu ödənilmədikdə vergi orqanı hansı tədbirləri görür?
    Vergi borcu ödənilmədikdə vergi orqanı hansı tədbirləri görür?
    22-may-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
info@azefinance.az
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by Calal@mir.az