Azərbaycanda İT və innovasiya şirkətləri üçün 20 illik vergi güzəşti

2027-ci il yanvarın 1-dən etibarən müəyyən edilmiş meyarlara cavab verən və rezidentlik şəhadətnaməsi əldə edən texnopark rezidentləri üçün vergi güzəştlərinin müddətinin 20 ilədək artırılması nəzərdə tutulur.
Dəyişikliyə əsasən, rezidentlərin müvafiq fəaliyyət sahəsindən əldə etdikləri gəlir və mənfəətə, həmin fəaliyyətdən ödənilən dividendlərə, eləcə də istifadə etdikləri əmlak və torpağa tətbiq olunan vergi güzəştləri 20 il müddətinə müəyyən ediləcək. Güzəştlərin texnopark ərazisindən kənarda fəaliyyət göstərən rezidentlərə də şamil olunması nəzərdə tutulur. Bununla yanaşı, rezidentlərin müvafiq fəaliyyət üzrə çalışan işçilərinin əmək gəlirlərinə 20 il müddətində 0 faiz dərəcə ilə gəlir vergisinin tətbiqi planlaşdırılır.
Yeni rezidentlər üzrə müvafiq fəaliyyətə cəlb olunan işçilərə görə sosial sığorta haqqının hesablanması ilə bağlı mövcud seçim imkanının müddəti də 10 ildən 20 ilədək artırılacaq.
İri sahibkarlıq subyektlərinə aid rezidentlərin vergi güzəştlərindən yararlanması isə ixrac göstəricilərinə və ixracdan əldə olunan vəsaitlərin Azərbaycandakı bank hesablarına daxil olması şərtlərinə bağlanacaq.
Eyni zamanda, tədqiqat və inkişaf fəaliyyətinin stimullaşdırılması məqsədilə innovasiya məhsullarının hazırlanmasına yönəldilən müəyyən əməliyyat xərclərinin 2,5 əmsalla vergi tutulan gəlirdən çıxılması nəzərdə tutulur. Bu fəaliyyətlərdə istifadə olunan və ayrıca uçotu aparılan avadanlıqlar üzrə amortizasiya normalarına isə 2 əmsalın tətbiqi planlaşdırılır.
Bundan əlavə, rezident tərəfindən yaradılmış proqram təminatı, innovasiya məhsulu və ya nou-haunun inteqrasiya edildiyi avadanlıqların ixracına müvafiq vergi azadolmalarının tətbiqi nəzərdə tutulur.

en
ru
tr