Himayəsində bir tələbə övladı olan şəxsə 50 AZN vergi güzəşti tətbiq edilirmi?

Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, himayəsində qohumluq dərəcəsindən asılı olmayaraq azı 3 nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagird və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.
Lakin himayəsində yalnız 1 nəfər olan şəxslərə, hətta həmin şəxs 23 yaşınadək gündüz təhsil alan tələbə olsa belə, bu güzəşt tətbiq edilmir.
Buna görə də, himayəsində yalnız bir övladı olan və həmin övladı 20 yaşında gündüz təhsil alan tələbə olan işləyən xanımın 50 manat məbləğində vergi güzəşti əldə etmək hüququ yaranmır.
Qeyd edək ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlar istisna olmaqla), həmçinin qanunvericiliyə əsasən tam dövlət təminatında olan şəxslər himayədə olan şəxslər hesab edilmir.

en
ru
tr