Xarici şirkətlərə xidmət göstərən fərdi sahibkar hansı vergiləri ödəməlidir? 75% vergi güzəştindən yararlana bilərmi?
- Tarix
- Oxunma 0
Xarici şirkətlərə xidmət göstərən fərdi sahibkar hansı vergiləri ödəməlidir? 75% vergi güzəştindən yararlana bilərmi?

Vergi öhdəlikləri vergi uçotuna alınarkən təqdim edilən ərizədə seçilmiş vergitutma sistemindən və yaranan vergitutma obyektlərindən asılı olaraq müəyyən edilir. Bu öhdəliklərə sadələşdirilmiş vergi və ya gəlir vergisi, eləcə də ƏDV daxil ola bilər.
Belə ki, fiziki şəxs sadələşdirilmiş vergitutma sistemini seçdiyi halda, əldə etdiyi gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödənilir.
Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərilməsi ilə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi uçotda olan fiziki şəxslərə də xidmət göstərən şəxslər müəyyən şərtlərlə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Bunun üçün rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların, o cümlədən qeyri-rezident hüquqi şəxslərə invoys əsasında göstərilən xidmətlərin həcmi ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) 30 faizindən çox olmamalıdır.
Gəlirləriniz yalnız xarici hüquqi şəxslərə göstərilən xidmətlərdən əldə olunursa bu səbəbdən fərdi sahibkar kimi sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur. Belə fəaliyyət gəlir vergisi rejimi üzrə həyata keçirilməlidir.
Gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərdiyiniz halda, əldə etdiyiniz gəlirdən həmin gəlirin əldə olunması ilə bağlı çəkilmiş xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.
Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, həmin maddədə göstərilən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin təqvim ili ərzində əldə etdikləri gəlirlər (xərclər nəzərə alınmadan) 45 000 manatadək olduqda, həmin gəlirlərin 75 faizi gəlir vergisindən azad edilir.
Belə ki, fiziki şəxs kimi qeydiyyata alınmış fərdi sahibkarın illik gəliri 45 000 manatı keçmədikdə, ona üç muzdlu işçi ilə bağlı şərt tətbiq edilmir. Fəaliyyət Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan reklam xidmətlərinə aid olduğu halda, sahibkar 75 faiz gəlir vergisi güzəştindən yararlana bilər.
Fəaliyyət növünün qeyd olunan güzəştə uyğunluğunu dəqiqləşdirmək üçün sahibkara faktiki fəaliyyətini təsdiq edən sənədlərlə birlikdə qeydiyyatda olduğu vergi orqanına müraciət etməsi tövsiyə olunur.
Qeyd edək ki, əmtəəsiz əməliyyatlar aparıldığı halda, həmin əməliyyatlardan əldə edilən gəlirlərə bu maddə ilə müəyyən edilmiş vergi güzəşti şamil edilmir.
Bundan əlavə, fərdi sahibkarın məcburi sosial və icbari tibbi sığorta öhdəlikləri də mövcuddur.
"Sosial sığorta haqqında" Qanunun 14-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 15 faizindən az, 100 faizindən çox olmamaq şərtilə, gəlirlərin (xərclər çıxılmadan) 2 faizi miqdarında hesablanır.
Eyni zamanda, "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidirlər.
Bəyannamələrin formaları və onların doldurulma qaydaları ilə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Bəyannamə” bölməsində tanış olmaq mümkündür.
Əsas: Vergi Məcəlləsinin 33.4, 102.1.30-1 və 220-ci maddələri, "Sosial sığorta haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunları.

en
ru
tr