VÖEN-i dondurulan şəxsin icarə gəlirinə görə vergini kim ödəməlidir?

A fiziki şəxs əvvəllər VÖEN almış, fəaliyyəti hazırda dayandırılmış və VÖEN-i dondurulmuşdur. O, özünə məxsus təsərrüfat obyektini VÖEN-i olan B fiziki şəxsə icarəyə verib. Bu halda A fiziki şəxs icarə haqqına görə e-qaimə təqdim etməlidirmi? Qeyd edim ki, A fiziki şəxsin hal-hazırda VÖEN-i dondurulub. Vergi öhdəlikləri necə tənzimlənir? B fiziki şəxs icarə üzrə vergini ödəyib ÖMV hesabatını təqdim etməklə bütün vergi öhdəliklərini yerinə yetirmiş hesab olunurmu?
Bildiririk ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
Vergi Məcəlləsinin 150.1.6-cı maddəsində bildirilib ki, 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər, sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. İcarə haqqından ödəmə mənbəyində vergi tutulmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.
Sorğunuzda qeyd olunan halda, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.
Bununla yanaşı bildiririk ki, icarəyə verən fiziki şəxsin (A şəxsinin) VÖEN-i dondurulduğu üçün onun elektron qaimə-faktura təqdim etmək öhdəliyi yaranmır.
Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.
Əsas:Vergi Məcəlləsi 124-cü,150.1.6-cı maddələri.

en
ru
tr