Əcnəbi şəxs tibbi xidmətə görə ödədiyi ƏDV-ni geri ala bilərmi?

Türkiyə vətəndaşı olan və Azərbaycanda yaşayan şəxs bir neçə ay əvvəl Bakı şəhərində tibb müəssisəsinə müraciət edib və göstərilən tibbi xidmətin haqqını nağd şəkildə ödəyib. Bu halda ödədiyi ƏDV-nin geri qaytarılıb-qaytarılmayacağı ilə maraqlanıb.
Dövlət Vergi Xidmətinin məlumatına əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin geri qaytarılması mümkündür. Lakin bunun üçün əsas şərtlərdən biri ödənişin nağdsız qaydada həyata keçirilməsidir.
Beləliklə, Türkiyə vətəndaşı Azərbaycanda tibb müəssisəsindən tibbi xidmət alarkən ödənişi nağdsız şəkildə həyata keçirərsə, ölkəni tərk edərkən müəyyən edilmiş qaydalara uyğun olaraq ödənilmiş ƏDV məbləğini “Tax Free” rejimində geri ala bilər.
Bu səbəbdən, tibbi xidmətə görə ödəniş nağd şəkildə edildiyi halda ƏDV-nin geri qaytarılması nəzərdə tutulmur.
Əsas: Vergi Məcəlləsinin 165.3-cü maddəsi.

en
ru
tr