Şəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır?

Sualım vergi ödəyicisinin satış məqsədilə aldığı malların şəxsi istifadəsi üçün silinməsi ilə bağlıdır. Məsələn, “AA” MMC satış məqsədilə 2.000 manat əsas məbləğ və 360 manat ƏDV ödəyərək mal alır və ƏDV-ni əvəzləşdirir. Daha sonra həmin malların 1.000 manat dəyərində olan hissəsini şəxsi istifadə üçün silir. Bu halda ƏDV və mənfəət vergisi baxımından vergi öhdəliklərinin yaranıb-yaranmaması, eləcə də silinən malın dəyərinin gəlirdən çıxılan xərc hesab edilib-edilməməsi ilə bağlı sualı cavablandırmağınızı xahiş edirəm.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.
AZE Finance xəbər verir ki, Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 159.5-ci maddəsi tətbiq edildikdə malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt vergi tutulan əməliyyatın vaxtı hesab olunur.
Qeyd olunanlara əsasən, müəssisə tərəfindən satmaq məqsədilə ƏDV ödəməklə alınmış və ƏDV məbləği əvəzləşdirilmiş malların sonradan şəxsi (qeyri-kommersiya) məqsədlər üçün istifadəyə yönəldilməsi ƏDV tutulan əməliyyat hesab olunur. Bu halda şəxsi istifadə üçün yönəldilən malların dəyərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş 18 faiz ƏDV dərəcəsi tətbiq edilməklə ƏDV hesablanmalı və müvafiq qaydada dövlət büdcəsinə ödənilməlidir.
Eyni zamanda, Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən, müəssisənin qeyri-kommersiya məqsədləri üçün istifadə etdiyi malların dəyəri mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılan xərc hesab edilmir.
Əsas: Vergi Məcəlləsinin 109, 159-cu və 175-ci maddələri

en
ru
tr