Azərbaycanda rəqəmsal xidmətlər üçün yeni ƏDV qaydası başlandı – $10 min dövriyyə həddi
- Tarix
- Oxunma 5
Azərbaycanda rəqəmsal xidmətlər üçün yeni ƏDV qaydası başlandı – $10 min dövriyyə həddi

Azərbaycanda xarici rəqəmsal xidmət şirkətlərinin vergiyə cəlb edilməsi üzrə yeniliklər başlayıb.
AZE Finance xəbər verir ki, 1 sentyabr 2026-cı ildən ölkədə fiziki şəxslərə elektron xidmət göstərən və Azərbaycan üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını keçən qeyri-rezident şirkətlər üçün vergi qeydiyyatı məcburi olub. Yeni mexanizm Dövlət Vergi Xidmətinin yaratdığı elektron platforma üzərindən həyata keçirilir.
Qayda əsasən B2C – yəni biznesdən son istehlakçıya göstərilən rəqəmsal xidmətlərə şamil edilir. Buraya proqram təminatı, elektron kitab, musiqi, video və oyunların yüklənməsi, onlayn reklam xidmətləri və bir sıra digər internet əsaslı xidmətlər daxildir.
Xatırladaq ki, “Elektron ticarət haqqında” Qanuna əsasən, internet vasitəsilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların və proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi və analoji iş-xidmətlər elektron ticarət çərçivəsinə daxil edilir.
Əsas dəyişiklik verginin ödənilməsinə aiddir. İndiyədək xarici şirkətlərdən xidmət alan Azərbaycan vətəndaşlarının ödənişindən ƏDV artıq bank tərəfindən ayrıca tutulurdu.
Bundan sonra isə Vergi qeydiyyatına alınmış şirkətdən xidmət alanda ƏDV ayrıca tutulmayacaq. Vergini xarici xidmət təchizatçısı özü hesablayıb, Azərbaycan büdcəsinə ödəyəcək.
Bu yenilik bankların da işini sadələşdirəcək, onlar hər müştəri üçün ayrıca ƏDV hesablayıb tutmayacaqlar.
Dövlət Vergi Xidməti müştərinin Azərbaycanda yerləşdiyini müəyyənləşdirmək üçün bir neçə meyardan istifadə edir. Bunlara ödənişin Azərbaycan bankı və ya ödəniş xidməti vasitəsilə aparılması, Azərbaycan IP ünvanı, +994 mobil kodu və yaşayış və ya qeydiyyat ünvanı daxildir.

en
ru
tr