EQF ilə alınan və satılan ət məhsullarına vergi güzəşti tətbiq olunurmu?

Əgər sahibkar əti yerli istehsalçıdan EQF ilə alırsa və həmin məhsulu sonradan özü satırsa, bu halda kənd təsərrüfatı məhsullarının satışına tətbiq olunan vergi azadolmasının olub-olmaması məhsulun sahibkar tərəfindən istehsal edilib-edilməməsindən asılıdır.
Vergi Məcəlləsinin 13.2.60 və 13.2.61-ci maddələrinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri və emal məhsulu olmayan kənd təsərrüfatı məhsullarının satışı mənfəət (gəlir) vergisindən, ƏDV-dən və sadələşdirilmiş vergidən azaddır.
Lakin sahibkar həmin əti digər şəxsdən satın alırsa, məhsul onun öz istehsalı hesab edilmir. Buna görə də həmin ətin sonrakı satışından əldə olunan gəlir üzrə vergi azadolması tətbiq edilmir və vergilər ümumi qaydada hesablanır.
Yəni məhsulun yerli istehsalçıdan alınması və EQF ilə rəsmiləşdirilməsi alıcının həmin məhsulun istehsalçısı kimi vergi güzəşti əldə etməsi üçün əsas yaratmır.

en
ru
tr