Xəstəlik vərəqəsinə əsasən işçiyə ödənilən müavinətdən gəlir vergisi və digər sığorta haqları tutulurmu?
- Tarix
- Oxunma 10
Xəstəlik vərəqəsinə əsasən işçiyə ödənilən müavinətdən gəlir vergisi və digər sığorta haqları tutulurmu?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar işçiyə ödənilən müavinət vergi və sosial sığorta öhdəlikləri baxımından əməkhaqqından fərqli qaydada qiymətləndirilir. Bu səbəbdən xəstəlik vərəqəsi əsasında ödənilən məbləğin hansı ödənişlərə cəlb olunması işəgötürənlər üçün xüsusilə əhəmiyyətlidir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət işçinin muzdlu işlə əlaqədar aylıq gəlirinin tərkib hissəsi hesab olunur. Buna görə də həmin müavinət ay ərzində muzdlu işlə əlaqədar əldə edilən digər gəlirlərlə birlikdə nəzərə alınaraq işəgötürən tərəfindən gəlir vergisinə cəlb edilməlidir.
Başqa sözlə, xəstəlik vərəqəsinə görə işçiyə ödənilən müavinət gəlir vergisindən tam azad edilən ödəniş hesab olunmur. İşçinin həmin ay ərzində əldə etdiyi digər əmək gəlirləri ilə birlikdə ümumi gəliri müəyyən edilir və qanunvericilikdə nəzərdə tutulan güzəştlər və azadolmalar nəzərə alınmaqla gəlir vergisi hesablanır.
Bəs xəstəlik vərəqəsinə görə ödənilən müavinətdən sosial sığorta haqqı tutulurmu?
“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 15-ci abzasına əsasən, sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə verilən müavinət məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlər sırasına aid edilir.
Bu səbəbdən işçiyə əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün ödənilən müavinətə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.
Eyni zamanda, əməkhaqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçiyə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial və kompensasiya xarakterli ödənişlər işçinin işsizlikdən sığorta və icbari tibbi sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.
Beləliklə, xəstəlik vərəqəsinə görə ödənilən müavinətlə bağlı əsas məqam ondan ibarətdir ki, müavinət gəlir vergisinə cəlb olunur, lakin həmin ödənişdən məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları hesablanmır.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsi, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsi.

en
ru
tr