Ödənişdə texniki səhv ƏDV-nin əvəzləşdirilməsinə təsir edir

Vergi ödəyicilərinin ödəniş zamanı yol verdiyi texniki səhvlər ƏDV-nin əvəzləşdirilməsi hüququna təsir göstərə bilər.
Dövlət Vergi Xidmətinə daxil olan sorğuda “A” MMC-nin “X” MMC-yə elektron qaimə-faktura üzrə 33 983 manat əsas məbləğ və 6 116 manat ƏDV ödəməli olduğu, lakin texniki səhv nəticəsində “X” MMC-nin bank hesabına 29 900 manat, ƏDV depozit hesabına isə 10 200 manat köçürdüyü bildirilib.
“X” MMC ödənişi tam qəbul edərək mövcud borcu bağlayıb. Bu halda “A” MMC-nin 6 116 manat ƏDV-ni tam şəkildə əvəzləşdirə bilib-bilməməsi ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət edilib.
Bildirilib ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, ƏDV tutulan əməliyyatlar üzrə alınmış malların, işlərin və xidmətlərin dəyəri alıcının bank və ya digər ödəniş hesabından satıcının bank və ya digər ödəniş hesabına, ƏDV məbləği isə ƏDV depozit hesabına ödənildikdə ƏDV əvəzləşdirilə bilər.
Sorğuya verilən cavaba əsasən, bu halda 6 116 manat ƏDV tam şəkildə əvəzləşdirilə bilməz. Bank hesabına ödənilmiş 29 900 manat məbləğə mütənasib olaraq yalnız 5 382 manat ƏDV əvəzləşdirilə bilər.
Beləliklə, ödənişin yanlış hesablar arasında bölüşdürülməsi nəticəsində ƏDV-nin tam məbləğinin əvəzləşdirilməsi mümkün olmayıb.
Əsas: Vergi Məcəlləsinin 175.1-ci maddəsi.

en
ru
tr