197 500 manat dövriyyəsi olan sahibkar ƏDV qeydiyyatına alınmalıdır?

Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən şəxsin ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 000 manatdan artıq olduqda, həmin şəxs ƏDV məqsədləri üçün qeydiyyata alınmalıdır.
Lakin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə aparılan nağdsız ödənişlər dövriyyə hesablanarkən 0,5 əmsalı tətbiq edilməklə nəzərə alınır.
Bu halda 195 000 manat POS dövriyyəsinin 50 faizi, yəni 97 500 manat nəzərə alınır. 100 000 manat nağd dövriyyə ilə birlikdə ƏDV məqsədləri üçün hesablanan ümumi dövriyyə:
100 000 + 97 500 = 197 500 manat olur.
Beləliklə, hesablanan dövriyyə 200 000 manat həddini keçmədiyi üçün məcburi ƏDV qeydiyyatı öhdəliyi yaranmır.
Bununla yanaşı, məcburi qeydiyyat öhdəliyi yaranmayan sahibkarlar istədikləri halda ƏDV məqsədləri üçün könüllü qeydiyyatdan keçə bilərlər.
Əsas: Vergi Məcəlləsinin 155-ci maddəsi.

en
ru
tr