logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Yeni nəsil nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdiriləcək

  • Bloq
  • 18-avq-2021, 18:50
  • 149
Vergi Məcəlləsinin 77.5 və 77.7-ci maddələrinə əsasən, mövcud nəzarət-kassa aparatlarını Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş meyarlara cavab verən və Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş NKA-lar ilə əvəz edən vergi ödəyicilərinin həmin aparatların quraşdırılmasına çəkilən xərclərinin dəyəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş həddə NKA quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.

Vergi ödəyicilərinin yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılmasına çəkdiyi xərclərin vergi öhdəlikləri ilə asan, operativ və şəffaf şəkildə əvəzləşdirilməsi, bununla bağlı vahid yanaşmanın təmin edilməsi məqsədilə Dövlət Vergi Xidməti tərəfindən müvafiq qaydalar təsdiqlənib.

Qaydalara əsasən, vergi ödəyicisinin Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş NKA-nın əldə edilməsinə və quraşdırılmasına çəkdiyi xərclərin elektron qaimə-faktura üzrə əvəzləşdirilmiş ƏDV məbləği nəzərə alınmaqla 350 manat həddində vergi öhdəlikləri ilə əvəzləşdirmək hüququ var. Vergi ödəyiciləri NKA-nı əvəz etdikdən sonra, onun quraşdırılmasına çəkilən xərclərin dəyərinin yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilməsi üçün müvafiq ərizə formasını dolduraraq qeydiyyatda olduqları vergi orqanına elektron formada və ya kağız daşıyıcıda təqdim etməlidirlər. Ərizə NKA-nın əvəz edildiyi tarixdən 3 il ərzində təqdim oluna bilər. Vergi ödəyicisinin ərizəsinə daxil olduğu tarixdən 15 iş günü ərzində baxılır.

Vergi ödəyiciləri təqdim etdikləri ərizədə məlumatların düzgün doldurulmamasına görə məsuliyyət daşıyırlar. Ərizədə məlumatlarında uyğunsuzluq aşkar edildikdə NKA-nın quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir. Xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməməsinə əsas verən kənarlaşmalar aradan qaldırıldıqdan sonra vergi ödəyicisi tərəfindən yenidən müraciət edilə bilər.

NKA 2019-cu il yanvarın 1-dək quraşdırıldıqda, həmçinin həmin tarixdən sonra quraşdırıldılsa da, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab vermədikdə, eyni zamanda, həmin meyarlara cavab verməsinə baxmayaraq, əvvəllər istifadədə olan NKA-nı əvəzləmədikdə, onun quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradır. Sahibkarlıq subyektlərində rəqəmsal nəzarət sisteminin qurulmasına imkan verən bu avadanlıq hesablaşmalar haqqında məlumatı vergi orqanlarına real vaxt rejimində çatdırmaq imkanına malikdir. Sahibkarlar üçün də rahat və əlverişli nəzarət mexanizmi yaradan yeni nəsil NKA-ların 2022-ci ilin sonunadək bütün ölkədə tətbiqi nəzərdə tutulub.

Hazırda ölkə üzrə 43 minə yaxın yeni nəsil NKA quraşdırılıb.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    31-okt-2025 | Bloq
  • ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    31-okt-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    30-okt-2025 | Bloq
  • Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    30-okt-2025 | Bloq
  • Hüquqi şəxslərin əmlak vergisi və hesabat qaydaları
    Hüquqi şəxslərin əmlak vergisi və hesabat qaydaları
    29-okt-2025 | Bloq
  • Şirkət açmaq istəyənlər üçün 3 vacib qayda
    Şirkət açmaq istəyənlər üçün 3 vacib qayda
    29-okt-2025 | Bloq
  • Yeni əməkhaqqı modeli: Müəllimlər üçün artım, yoxsa əlavə yük?
    Yeni əməkhaqqı modeli: Müəllimlər üçün artım, yoxsa əlavə yük?
    28-okt-2025 | Bloq
  • Toxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri
    Toxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri
    28-okt-2025 | Bloq
  • Gələn il pensiya kapitalında 6 faizlik artım gözlənilir
    Gələn il pensiya kapitalında 6 faizlik artım gözlənilir
    27-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech