logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əvvəlki dövrlərdə əvəzləşdirilməyən elektron qaimə-fakturalar necə əvəzləşdirilməlidir?

  • Bloq
  • 16-noy-2022, 10:41
  • 117
Əvvəlki dövrlərdə əvəzləşdirilməyən elektron qaimə-fakturalar necə əvəzləşdirilməlidir?
Bəzi müəssisələrdə hansısa ay üzrə qaimə-fakturaların əvəzləşdirilməməsi baş verir və bununla əlaqədar müəyyən suallar yaranır.

Qaimə-fakturaların vaxtında əvəzləşdirilməməsinə səbəb ya ödənişlərin düzgün olmayan bölgüsü, ya da unutqanlıq olur. Sonradan həmin dövrdə elektron qaimə-fakturanın əvəzləşdirilməyidiyi üzə çıxdıqda onları yanlış olaraq cari dövrdə əvəzləşdirirlər.

Misal: “AA” MMC 2022-ci ilin yanvar ayında EBBC 000000 seriya və nömrəli qaimə üzrə 1.000 manat əsas məbləği bankdan-banka, 180 manat ƏDV məbləğini isə depozitdən-depozitə ödəyib. May ayında məlum olub ki, yanvar ayında əvəzləşdirilməli olan qaimənin əvəzləşdirilməsi unudulub. Bu halda müəssisə nə etməlidir?

Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, əvəzləşdirilən ƏDV-nin vaxtı hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt kimi müəyyənləşdirilib.

Buradakı “Hesabat dövrü ərzində” sözlərinə diqqət edək. Maddənin məğzi budur ki, siz mütənasib ödənişi hansı ayda etmisinizsə, əvəzləşdirmə hüququnuz həmin ay yaranır. Yəni yuxarıdakı misalda əvəzləşdirmə elektron qaimə-faktura üzrə ödənişin olduğu yanvar ayında həyata keçirilməlidir.

Deməli, yanvar ayının hesabatına və əvəzləşməsinə dəqiqləşdirmə verməliyik.

Cərimədən yayınmaq üçün əgər həmin qaiməni may ayınının əvəzləşdirməsinə daxil etsək, bu zaman may ayınının vergi tutulan dövriyyəsini azaltmış oluruq. Fərz edək ki, may ayında vergi tutulan ƏDV dövriyyəsi 10.000 manat, əvəzləşdirilən ƏDV isə 500 manat olub.

Yanvar ayının əvəzləşməyən qaiməsini nəzərə almasaq, dövlət büdcəsinə 500 (1000 - 500) manat ödəməliyik. İndi isə gəlin yanvar ayının qaiməsini cari dövrə, yəni may ayına daxil edək. Bu zaman dövlət büdcəsinə 320 manat (1000-500-180) ödəməli oluruq. Bu zaman bizi hansı təhlükə gözləyir?

Səyyar yoxlama zamanı may ayında dövlət büdcəsinə ödənilməli olan ƏDV-ni 180 manat azaltdığı üçün şirkətimizə, Vergi Məcəlləsinin 58.1 ci maddəsinə əsasən, azaldılan vergi məbləğinin 50 faizi miqdarında malliyə sanksiyası tətbiq oluna bilər.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech