Yabancı gerçek kişilere tasarım hizmeti sunan kişi basitleştirilmiş vergi mi, yoksa gelir vergisi mi ödemelidir?
- Tarih
- Okunma 6
Yabancı gerçek kişilere tasarım hizmeti sunan kişi basitleştirilmiş vergi mi, yoksa gelir vergisi mi ödemelidir?

Vergi ödəyicisi olan rezidentin gəliri həm Azərbaycan Respublikasında, həm də ölkə hüdudlarından kənarda əldə etdiyi gəlirlərdən ibarətdir. Dizayn xidmətlərinin göstərilməsi sahibkarlıq fəaliyyəti hesab olunur. Buna görə də fiziki şəxs fəaliyyətə başlamazdan əvvəl vergi uçotuna alınmalı və VÖEN əldə etməlidir.
Vergi uçotuna alınarkən vergi ödəyicisi müvafiq vergitutma sistemini seçə bilər. Sadələşdirilmiş vergi sistemi seçildikdə, göstərilən xidmətlərdən əldə edilən ümumi gəlirdən xərclər çıxılmadan 2% dərəcə ilə sadələşdirilmiş vergi hesablanır.
Bununla yanaşı, qeyri-rezidentlərə göstərilən xidmətlər üzrə əməliyyatların həcmi də nəzərə alınmalıdır. Rüb ərzində elektron qaimə ilə rəsmiləşdirilməli olan əməliyyatların, o cümlədən qeyri-rezident fiziki şəxslərə invoys əsasında göstərilən xidmətlərin dəyərinin xidmət və işlər üzrə ümumi əməliyyatların 30%-ni keçməməsi halında sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ saxlanılır.
Bu hədd aşılarsa, vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırıla və gəlir vergisi rejiminə keçmək zərurəti yarana bilər. Gəlir vergisi rejimində isə gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı sənədləşdirilmiş xərclər çıxıldıqdan sonra qalan məbləğə 20% dərəcə ilə gəlir vergisi hesablanır.
Bundan əlavə, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlara Vergi Məcəlləsinin 102.1.30 və 102.1.30-1-ci maddələrində nəzərdə tutulan 75%-lik gəlir vergisi güzəştləri tətbiq oluna bilər. 2025-ci ildən etibarən 102.1.30-1-ci maddədə nəzərdə tutulan fəaliyyət növləri üzrə illik gəliri 45 000 manata qədər olan şəxslərin həmin fəaliyyətlərdən əldə etdiyi gəlirin 75%-i gəlir vergisindən azaddır.
Əsas: Vergi Məcəlləsinin 33.4, 102.1.30, 102.1.30-1 və 220-ci maddələri.

az
en
ru