Xarici fiziki şəxslərə dizayn xidməti göstərən şəxs sadələşdirilmiş vergi, yoxsa gəlir vergisi ödəməlidir?
- Tarix
- Oxunma 6
Xarici fiziki şəxslərə dizayn xidməti göstərən şəxs sadələşdirilmiş vergi, yoxsa gəlir vergisi ödəməlidir?

Rezident vergi ödəyicisinin gəliri həm Azərbaycan Respublikasında, həm də ölkə hüdudlarından kənarda əldə etdiyi gəlirlərdən ibarətdir. Dizayn xidmətlərinin göstərilməsi sahibkarlıq fəaliyyəti hesab olunur və fəaliyyətə başlamazdan əvvəl fiziki şəxs vergi uçotuna alınaraq VÖEN əldə etməlidir.
Vergi uçotuna alınarkən vergi ödəyicisi müvafiq vergitutma sistemini seçə bilər. Sadələşdirilmiş vergi sistemi seçildiyi halda, xidmətlərdən əldə olunan ümumi hasilatdan xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır.
Lakin qeyri-rezident şəxslərə göstərilən xidmətlər üzrə əməliyyatların həcminə də diqqət yetirilməlidir. Rüb ərzində elektron qaimə ilə rəsmiləşdirilməli olan əməliyyatların, o cümlədən qeyri-rezident fiziki şəxslərə invoys əsasında göstərilən xidmətlərin dəyəri xidmət və işlər üzrə ümumi əməliyyatların həcminin 30 faizindən çox olmadıqda, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ saxlanılır.
Əgər bu hədd aşılırsa, vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşa və gəlir vergisi rejiminə keçid zərurəti yarana bilər. Gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərildikdə isə əldə olunan gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı sənədləşdirilmiş xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır.
Bundan əlavə, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün Vergi Məcəlləsinin 102.1.30 və 102.1.30-1-ci maddələrində müəyyən edilmiş 75 faizlik gəlir vergisi güzəştləri də tətbiq oluna bilər. 2025-ci ildən etibarən 102.1.30-1-ci maddədə nəzərdə tutulan fəaliyyət növləri üzrə illik gəliri 45 000 manatadək olan şəxslərin həmin fəaliyyətlərdən əldə etdiyi gəlirin 75 faizi gəlir vergisindən azaddır.
Əsas: Vergi Məcəlləsinin 33.4, 102.1.30, 102.1.30-1 və 220-ci maddələri.

en
ru
tr