Ev eşyaları satan şahıs işletmesi, cirosu arttığında KDV mükellefi olmalı mıdır?
- Tarih
- Okunma 10
Ev eşyaları satan şahıs işletmesi, cirosu arttığında KDV mükellefi olmalı mıdır?

2026-cı ilin yanvar ayında vergi uçotuna alınan fərdi sahibkar Yasamal rayonunda məişət mallarının pərakəndə satışı ilə məşğul olur. 2026-cı ilin may ayınadək POS-terminal vasitəsilə nağdsız qaydada apardığı əməliyyatlar 250 000 manat, nağd əməliyyatları isə 70 000 manat təşkil edib. Bu halda fərdi sahibkar ƏDV ödəyicisi kimi qeydiyyata alınmalıdırmı?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2026-cı il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 155.1-1-ci maddəyə əsasən, vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlər əsasında formalaşan dövriyyə 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.
Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 000 manatdan artıq olan şəxslər ƏDV məqsədləri üçün qeydiyyata alınmalıdır.
Bu səbəbdən, fərdi sahibkarın ümumi dövriyyəsi 320 000 manat olsa da, POS-terminal vasitəsilə nağdsız əməliyyatlar 0,5 əmsalla hesablanaraq 125 000 manat (250 000 × 0,5) təşkil edir. Nağd əməliyyatlarla birlikdə ƏDV qeydiyyatı məqsədləri üçün dövriyyə 195 000 manat (125 000 + 70 000) olur. Buna görə də fərdi sahibkarın ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaranmır.
Əsas: Vergi Məcəlləsinin 155.1-ci və 155.1-1-ci maddələri.

az
en
ru