logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vahid Bəyannamədə işçiyə hesablanan məzuniyyət haqqı necə əks olunmalıdır?

  • Bloq
  • 28-dek-2022, 10:40
  • 112
Vahid Bəyannamədə işçiyə hesablanan məzuniyyət haqqı necə əks olunmalıdır?
İndi isə vahid bəyannamənin doldurulmasında rast gəlinən xüsusi hallar üzrə prosesləri misallar üzərində nəzərdən keçirək. İzahat bir işçi üzrə veriləcək ki, proses daha aydın olsun, çünki bəyannamədə hər işçi üzrə məlumatlar eyni qayda ilə tərtib olunur.

Mİsal. Beşgünlük iş rejimində çalışan, aylıq əmək haqqı 500 manat olan işçi 27 yanvar 2020-ci il tarixdən 11 günlük məzuniyyət hüququndan istifadə edib və 7 fevral 2020-ci tarixdə işə başlayıb. İşçiyə hesablanan cəmi 180,92 manatlıq məzuniyyət haqqının 82,24 manatı yanvar, digər hissəsi - 98,68 manatı isə fevral ayına təsadüf edir. Qeyd edək ki, işçi 11 gün məzuniyyətdə olduğu dövrdə 2 gün şənbə və bazar gününə təsadüf etdiyindən o, yanvar və fevral ayında müvafiq olaraq 5 və 4 iş günü işləməyib.

Deməli, işçinin əmək haqqı aylar üzrə aşağıdakı kimi olub:

- 18 iş günü olan yanvar ayı üzrə əmək haqqı – 443,35 manat (361,11 manat (yanvar ayının 13 iş gününə hesablanan əmək haqqı) + 82, 24 manat (yanvar üzrə məzuniyyət haqqı));

- 20 iş günü olan fevral ayı üzrə əmək haqqı - 498.68 manat (400 manat (fevral ayının 16 gününə hesablanan əmək haqqı) + 98,68 manat (yanvar üzrə məzuniyyət haqqı));

- 16 iş günü olan mart ayı üzrə əmək haqqı – 500 manat.

İndi isə göstəricilər üzrə məlumatların vahid bəyannamədə necə qeyd edilməsini nəzərdən keçirək. Hesabatın ilk səhifəsində iş günləri 2020-ci ilin istehsalat təqviminə uyğun qeyd edilir.

İşçinin aylar üzrə əmək haqqı göstəriciləri daxil edildikdə, əmək haqqı ilə yanaşı, məzuniyyət haqqı nəzərə alınmaqla cəmi məbləğ qeyd edilməlidir. “Faktiki iş günlərinin sayı” bölməsində işçinin faktiki işlədiyi günlərin sayı qeyd olunmalıdır:

Şəkildən göründüyü kimi, yanvar və fevral aylarında müvafiq olaraq 18 və 20 iş günü olmasına baxmayaraq, işçinin məzuniyyətdə olması səbəbindən 13 (18-5) və 16 (20-4) faktiki iş günləri qeyd edilib.

Növbəti hissə - “İşçinin işləmədiyi iş günləri haqqında məlumat” bölməsi növbəti səhifədəki kimi doldurulmalıdır:

Məlumatlardan göründüyü kimi işçinin işlədiyi günlərlə işləmədiyi günlərin cəmi iş günlərinin sayına bərabər olmalıdır:

Yanvar ayı üzrə - cəmi 18 gün (13 gün (işlədiyi günlərin sayı) + 5 gün (məzuniyyət dövrünə təsadüf edən iş günlərinin sayı);

Fevral ayı üzrə - cəmi 20 gün ((16 gün (işlədiyi günlərin sayı) + 4 gün (məzuniyyət dövrünə təsadüf edən iş günlərinin sayı);

Mart ayı üzrə - cəmi 16 gün (işlədiyi günlərin sayı);

Rüb üzrə - cəmi 54 gün ((45 gün (işlədiyi günlərin sayı)+ 9 gün (məzuniyyət dövrünə təsadüf edən iş günlərinin sayı).

Əgər aylar üzrə iş günlərinin cəmində fərqlilik yaransa, bəyannamənin yoxlanılması zamanı aşağıdakı şəkildə, xəta bildirişi çıxacaq.

İş günləri ilə bağlı misala keçməşdən öncə bildirək ki, məlumatların bu şəkildə daxil edilməsi vergi orqanının kameral yoxlaması zamanı uyğunsuzluqların aşkara çıxarmasının qarşısını alacaq. Çünki bəzən məzuniyyətdə olması səbəbindən işçinin maaşının elektron reyestrdəki əmək haqqından az olması barədə kameral uyğunsuzluqla bağlı məlumatlar daxil olurdu. Artıq vergi ödəyicisinin vahid bəyannamədə təqdim etdiyi məlumatlar imkan verəcək ki, işçinin hansı səbəbdən iş günlərini tam işləmədiyi aydın olsun.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Kənd təsərrüfatı məhsullarının satışında ƏDV qaydaları
    Kənd təsərrüfatı məhsullarının satışında ƏDV qaydaları
    17-iyl-2025 | Bloq
  • 75 faizlik güzəşt ötən ilin gəlirlərinə şamil edilə bilərmi?
    75 faizlik güzəşt ötən ilin gəlirlərinə şamil edilə bilərmi?
    17-iyl-2025 | Bloq
  • ƏDV-nin qeyri-rezidentə elektron ticarət ödənişlərində hesablanması qaydaları
    ƏDV-nin qeyri-rezidentə elektron ticarət ödənişlərində hesablanması qaydaları
    16-iyl-2025 | Bloq
  • Hüquqi şəxslər üçün icarə haqqından vergitutma qaydaları və bəyannamə öhdəlikləri
    Hüquqi şəxslər üçün icarə haqqından vergitutma qaydaları və bəyannamə öhdəlikləri
    16-iyl-2025 | Bloq
  • İxrac əməliyyatlarında ƏDV və vergi qaytarılması prosesi
    İxrac əməliyyatlarında ƏDV və vergi qaytarılması prosesi
    15-iyl-2025 | Bloq
  • Fərdi sahibkar sabit qəbzi onlayn şəkildə ala bilərmi?
    Fərdi sahibkar sabit qəbzi onlayn şəkildə ala bilərmi?
    15-iyl-2025 | Bloq
  • Təsərrüfat subyektlərinin uçotu və vergi azadolmalarına dair tələblər
    Təsərrüfat subyektlərinin uçotu və vergi azadolmalarına dair tələblər
    14-iyl-2025 | Bloq
  • Bina tikintisi ilə məşğul olan vergi ödəyiciləri üçün yenilik: şərtlər, vacib məqamlar
    Bina tikintisi ilə məşğul olan vergi ödəyiciləri üçün yenilik: şərtlər, vacib məqamlar
    14-iyl-2025 | Bloq
  • Dividend anlayışı və vergidən azadolma halları
    Dividend anlayışı və vergidən azadolma halları
    11-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]