Bu mallar üzrə gömrük rüsumları və ödənişləri tutulmayacaq

Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük ödənişləri alınmayacaq.
AZE Finance xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Gömrük Məcəlləsinin 332.4-cü maddəsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük rüsumları, vergilər alınmır. Başqa sözlə, qanun layihəsi dəqiqləşdirmə xarakterlidir və dövlətin xeyrinə imtina edilmiş mallara görə yalnız gömrük rüsumları və vergilərin deyil, bütövlükdə gömrük ödənişlərinin alınmamasını nəzərdə tutur.
Qeyd edək ki, Gömrük Məcəlləsinin 224-cü maddəsinə (gömrük ödənişləri) əsasən gömrük ödənişləri anlayışı müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulan və gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarını, vergiləri, habelə gömrük yığımlarını və dövlət rüsumlarını ehtiva edir.

en
ru
tr