logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏDV əvəzləşdirilməsinə xüsusi çəkinin tətbiqi

  • Bloq
  • 09-yan-2023, 10:16
  • 149
ƏDV əvəzləşdirilməsinə xüsusi çəkinin tətbiqi
Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisindən (ƏDV) azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar da aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldıqda ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. Müəssisənin eyni zamanda həm ƏDV-yə cəlb edilən dövriyyəsi, həm də ƏDV-dən azad dövriyyəsi olduqda isə xüsusi çəki tapılır. Bəs xüsusi çəki nədir və necə hesablanmalıdır?Xüsusi çəki müəssisənin azad dövriyyəsinin ümumi dövriyyəyə olan nisbətidir və aşağıdakı kimi tapılır:

xüsusi çəki = ƏDV-dən azad dövriyyə/(ƏDV-dən azad dövriyyə+ƏDV)-yə cəlb edilən dövriyyə.

Xüsusi çəki tapıldıqdan sonra əvəzləşdiriləcək ümumi məbləğ həmin xüsusi çəkiyə vurulur və alınmış məbləğ əvəzləşmədən çıxarılır.

Misal 1: “AA” müəssisəsinin ay ərzində ümumi dövriyyəsi 10.000 manat olub. Bnun 2.500 manatı ƏDV-yə cəlb edilən, 7.500 manatı isə ƏDV-dən azad dövriyyədir. Müəssisə ay ərzində 10.000 (18 faiz dərəcə ilə ƏDV məbləği 1.800 manat) manatlıq mal idxal edib. Şirkətin ay ərzində ödəmiş olduğu qaimələr üzrə məbləğ isə 12.000 manatdır (ƏDV məbləği 2.160 manat). Bu zaman müəssisənin əvəzləşdirə biləcəyi məbləğ nə qədər olacaq?

Öncə xüsusi çəki nisbətini tapırıq:

Xüsusi çəki = 7.500 : (2.500 + 7.500) = 0,75.

Sonra isə xüsusi çəki çıxılmadan əvəzləşdiriləcək ümumi məbləğ tapılır:

1.800 + 2.160 = 3.960 manat.

Ən sonda isə xüsusi çəkinin əvəzləşmədəki miqdarı çıxılır və yekun əvəzləşdiriləcək məbləğ hesablanır:

3.960 - (3.960 x 0,75) = 3.960-2.970 = 990 manat.

Misaldan göründüyü kimi, əgər müəssisənin dövriyyəsi yalnız ƏDV-yə cəlb edilən dövriyyə olsaydı, əvəzləşmə tam aparılacaqdı və əvəzləşdiriləcək məbləğ 3.960 manat olacaqdı. Misalda göstərilən halda isə xüsusi çəki əvəzləşmədən çıxarılır və 990 manat məbləğində ƏDV əvəzləşdirilir.

Əgər müəssisə ƏDV-dən azad dövriyyə və ƏDV-yə cəlb edilən dövriyyənin uçotunu ayrı-ayrılıqda tutursa, bu zaman ƏDV-yə cəlb edilən dövriyyəyə çəkilən bütün xərcləri əvəzləşdirmək hüququna malik olacaq.

Misal 2: “BB” müəssisəsinin ümumi dövriyyəsi ay ərzində 15.000 manat olub. Bu məbləğin 10.000 manatı ƏDV-yə cəlb edilən, 5.000 manatı isə ƏDV-dən azad dövriyyəyə aiddir. Müəssisə dövriyyələrin mühasibat uçotunu ayrı-ayrılıqda aparır və ay ərzində 16.000 manat ƏDV ödəyib. Bu məbləğin 9.000 manatı ƏDV-yə cəlb edilən dövriyyəyə aiddir, 7.000 manatı isə ƏDV-dən azad dövriyyəyə çəkilmiş xərclər üçün ödənilmiş ƏDV-dir. Bu zaman müəssisə ƏDV məbləğinin nə qədərini əvəzləşdirəcək?

Baxdığımız misalda müəssisə dövriyyələrin uçotunu ayrı-ayrılıqda apardığından ƏDV-yə cəlb olunan dövriyyəyə aid ƏDV-ni tam şəkildə əvəzləşdirəcək. Yəni müəssisənin əvəzləşdirəcəyi ƏDV məbləği 9.000 manat olacaqdır.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech