logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Sosial müavinətlərin məbləği artırılıb

  • Bloq
  • 13-yan-2023, 12:39
  • 67
Sosial müavinətlərin məbləği artırılıb
Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.

“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamın icrasını təmin etmək məqsədilə qərara alınıb ki:

1. 2023-cü il yanvarın 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilsin:

1.1. yaşa görə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat;

1.2. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 270 (iki yüz yetmiş) manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 150 (yüz əlli) manat;

1.3. ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 (yüz iyirmi) manat;

1.4. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 (bir yüz) manat;

1.5. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün sosial müavinətin məbləği 300 (üç yüz) manat;

1.6. uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 (beş yüz) manat;

1.7. dəfn üçün sosial müavinətin məbləği 500 (beş yüz) manat.

2. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilib:

2.1. 1.1-ci bənd üzrə:

2.1.1. 1.1.1-ci yarımbənddə “180” rəqəmləri “220 (iki yüz iyirmi)” sözləri ilə əvəz edilsin;

2.1.2. 1.1.2-ci yarımbəndin ikinci abzasında “220” rəqəmləri “270 (iki yüz yetmiş)” sözləri ilə, üçüncü abzasında “180” rəqəmləri “220 (iki yüz iyirmi)” sözləri ilə, dördüncü abzasında “120” rəqəmləri “150 (yüz əlli)” sözləri ilə əvəz edilsin;

2.1.3. 1.1.3-cü yarımbəndin ikinci abzasında “220” rəqəmləri “270 (iki yüz yetmiş)” sözləri ilə, üçüncü abzasında “180” rəqəmləri “220 (iki yüz iyirmi)” sözləri ilə, dördüncü abzasında “120” rəqəmləri “150 (yüz əlli)” sözləri ilə əvəz edilsin;

2.1.4. 1.1.4-cü yarımbəndin ikinci abzasında “220” rəqəmləri “270 (iki yüz yetmiş)” sözləri ilə, üçüncü abzasında “180” rəqəmləri “220 (iki yüz iyirmi)” sözləri ilə, dördüncü abzasında “120” rəqəmləri “150 (yüz əlli)” sözləri ilə əvəz edilsin;

2.1.5. 1.1.6-cı yarımbənddə “100” rəqəmləri “120 (yüz iyirmi)” sözləri ilə əvəz edilsin;

2.1.6. 1.1.10-cu yarımbənddə “70” rəqəmləri “100 (bir yüz)” sözləri ilə əvəz edilsin;

2.2. 1.2-ci bənd üzrə:

2.2.1. 1.2.1-ci yarımbənddə “237” rəqəmləri “300 (üç yüz)” sözləri ilə əvəz edilsin;

2.2.2. 1.2.2-ci yarımbənddə “300” rəqəmləri “500 (beş yüz)” sözləri ilə əvəz edilsin;

2.2.3. 1.2.3-cü yarımbənddə “350” rəqəmləri “500 (beş yüz)” sözləri ilə əvəz edilsin

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech