logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşğaldan azad edilmiş ərazilərdə çalışan hansı işçilərə 600 manat müavinət ödəniləcək?

  • Bloq
  • 27-yan-2023, 11:35
  • 190
İşğaldan azad edilmiş ərazilərdə çalışan hansı işçilərə 600 manat müavinət ödəniləcək?
“Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 683-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 28 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Sosial müavinətlər haqqında” Qanuna yeni müavinət növü - Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət əlavə edilib.“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 29 avqust 2013-cü il tarixli, 973 saylı Prezident Fərmanına edilmiş dəyişiklik nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat məbləğində birdəfəlik müavinət müəyyən edilib. Bununla yanaşı, Əmək Məcəlləsinə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəsis” anlayışi əlavə edilib. Məcəllənin 3-cü, “Bu Məcəllədə istifadə edilən əsas anlayışlar” bölməsinə əlavə edilən yeni anlayışa əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis dedikdə peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxs (xüsusi rütbəli şəxslər istisna olmaqla) başa düşülür.

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərində çalışan işçilərə fərqli yanaşma tətbiq edilir. Qanunun tələbinə əsasən, həmin mütəxəssis üç şərtə cavab verməlidir:

- peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədinə malik olmalıdır. Yəni işçi yalnız orta məktəbi bitiribsə, o zaman işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssis sayılmayacaq;

- işçinin əmək stajı nəzərə alınır. Onun son 60 ay ərzində (son 5 ildə) fasiləli və ya fasiləsiz ən azı 24 ay əmək stajı olmalıdır;

- işçi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxs olmalıdır.

Əmək Məcəlləsinə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislə bağlı tələblərlə yanaşı, onun işinin xüsusiyyətlərindən bəhs edən maddə də əlavə edilib.

Məcəllənin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətləri” maddəsinin 21-1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:

- mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda (Maddə 21-1.1.1.);

- mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə (Maddə 21-1.1.2.);

- mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda (Maddə 21-1.1.3.).

Əmək Məcələsinin 21-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 21-1.1.1 və 21.1.1.3-cü maddələrində nəzərdə tutulan şərtlər pozulduqda güzəştlərin və imtiyazların tətbiqi dayandırılır.

Göründüyü kimi, işəgötürən həm özü Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olmalıdır, həm də işçinin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri işğaldan azad edilmiş ərazilərdə yerləşməlidir.

Misal: Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olan işəgötürən həmin ərazidə istehsal fəaliyyəti ilə məşğul olur. İstehsal üzrə mütəxəssis Laçın şəhərində məskunlaşıb, mühasib vəzifəsində çalışan işçi isə əmək funksiyasını Gəncə şəhərində yaşamaqla həyata keçirir. Bu zaman istehsal üzrə mütəxəssisə birdəfəlik 600 manat müavinət ödəniləcək. Digər işçiyə - mühasibə isə müavinət ödənilməyəcək. Cünki müavinətin məqsədi ilkin maddi-məişət şəraitinin dəstəklənməsidir. Təbii ki, birdəfəlik müavinət alması üçün istehsal üzrə mütəxəssis Əmək Məcəlləsinin 3-cü maddəsindəki tələblərə də cavab verməlidir.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    12-sen-2025 | Bloq
  • İşçilərin attestasiya edilməsi qaydaları
    İşçilərin attestasiya edilməsi qaydaları
    12-sen-2025 | Bloq
  • Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    11-sen-2025 | Bloq
  • Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    11-sen-2025 | Bloq
  • Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    10-sen-2025 | Bloq
  • Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    10-sen-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    09-sen-2025 | Bloq
  • Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR
    Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR
    09-sen-2025 | Bloq
  • Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    08-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]