logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İnformasiya texnologiyaları mütəxəssisləri üçün vergi güzəştlərindən yararlanması üçün fiziki və hüquqi şəxslərə tələb olunan sənədlərin siyahısı açıqlandı

  • Bloq
  • 31-yan-2023, 10:27
  • 173
İnformasiya texnologiyaları mütəxəssisləri üçün vergi güzəştlərindən yararlanması üçün fiziki və hüquqi şəxslərə tələb olunan sənədlərin siyahısı açıqlandı
Vergi Məcəlləsində edilən dəyişikliklər nəticəsində 1 yanvar 2023-cü il tarixdən sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər üçün müəyyən güzəştlər tətbiq ediləcək. MKS Academy-nin nəşri olan "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023" kitabında tətbiq ediləcək güzəştlər haqqında geniş məlumat verilib. Həmin vergi güzəştlərindən yaranmaq üçün texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün Ərizə forması da artıq hazırlanıb. Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün Ərizə forması saytın sonundakı fayldan yükləyə bilərsiniz.

Qeyd edək ki, Rezidentliyə müraciət üçün doldurulmuş ərizə formasını və digər sənədləri [email protected] elektron poçt ünvanına göndərməyiniz kifayətdir.

Fiziki şəxslər aşağıdakı sənədləri təqdim etməlidir:

- Şəxsiyyətini təsdiq edən sənədin surəti
- Vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti
- Müvafiq lisenziya və ya icazənin notariat qaydasında təsdiq edilmiş surəti
- Kiçik, orta və ya iri sahibkarlıq subyektlərindən birinə aid edilməsi barədə arayış
- Vergilərin və digər icbari ödənişlərin ödənilməsi ilə bağlı borcu olmamalı
- Müflis elan olunmaması, əmlakı üzərinə həbsin qoyulmaması və ödənişə yönəlmiş girovun olmaması barədə arayış
- Müvafiq fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməməsi barədə arayış
- İnformasiya kommunikasiya texnologiyaları sahəsində təhsil almış, o cümlədən əlavə təhsil müəssisələrini bitirmiş və ya ən azı 1 (bir) il iş təcrübəsi olan mütəxəssislərin sənədlərinin surəti
- Rezidentlik ərizəsi

Hüquqi şəxslər isə aşağıdakı sənədləri təqdim etməlidir:

- Dövlət reyestrindən çıxarışın surəti
- Səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti
- Nizamnaməsinin surəti
- Müvafiq lisenziya və ya icazənin notariat qaydasında təsdiq edilmiş surəti
- Kiçik, orta və ya iri sahibkarlıq subyektlərindən birinə aid edilməsi barədə arayış
- Vergilərin və digər icbari ödənişlərin ödənilməsi ilə bağlı borcu olmamalı
- Müflis elan olunmaması, əmlakı üzərinə həbsin qoyulmaması və ödənişə yönəlmiş girovun olmaması barədə arayış
- Müvafiq fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməməsi barədə arayış
- İnformasiya kommunikasiya texnologiyaları sahəsində təhsil almış, o cümlədən əlavə təhsil müəssisələrini bitirmiş və ya ən azı 1 (bir) il iş təcrübəsi olan mütəxəssislərin sənədlərinin surəti
- Rezidentlik ərizəsi

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech