244 milyard ₼ həcmində köçürmələr rəqəmsal bankçılıq vasitəsi ilə aparılmışdır
Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin Rəqəmsal ödənişlər icmalında bildirilir ki, 2022-ci il ərzində bank müştərilərinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmələrin ümumi sayı 187.4 mln. ədəd, həcmi isə 318.4 mlrd. manat təşkil etmişdir. Aparılan köçürmələrin say üzrə 73%-i (137.4 mln. ədəd), həcm üzrə isə 77%-i (244 mlrd. manat) məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılmışdır.
2022-ci il ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2021-ci illə müqayisədə 50% artaraq 212 mlrd. manat, mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi isə 3 dəfə artaraq 12.1 mlrd. manat olmuşdur.
XİDMƏTLƏRİMİZ
⚖️vergi
🧮mühasibatlıq
📑audit
📚kadr, kargüzarlıq
👮gömrük, broker işi
🗒️sahibkara hüquqi xidmət
🌐 www.azeconsulting.az
✍️ [email protected]
📱 (+994 70) 694 24 22